az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Füzuli ş.
Təvəllüdü: 05.01.1938
Təhsili: Azərbaycan Dövlət Universiteti, fizik
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.15 - Kimya kinetikası və kataliz
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 160
Xaricdə çıxmış elmi əsərlərin sayı: 20
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 21
Əsas elmi nailiyyətləri:

Fojazit tip seolitlərdə Na kationunu polivalent kationla əvəz etdikdə, onların turşu-əsas reaksiyalarda aktivliyinin dəyişməsi haqqında hipoteza irəli sürülmüşdür ki, bununla ionəvəzetmənin dərəcəsindən asılı olaraq aktivliyin dəyişməsinin qanunauyğunluğu  izah olunur.

Fiziki-kimyəvi üsulların kompleksindən istifadə edərək seolitlərin və müxtəlif matrisa əsasında (yüksək alüminium tərkibli alümosilikat, maqnisilikat və alümomaqnisilikat ) seolit tutumlu katalizatorların sintez şəraitinin aktivliyə, turşu mərkəzlərinə və ş. parametrlərinə təsiri öyrənilib və matrisa əsaslı seolit krekinq katalizatorlarının sintezinin elmi əsasları yaradılıb. İlk dəfə olaraq müəyyən edilib ki, matrisanın təbiəti krekinq zamanı əmələ gələn karbohidrogenlərin tərkibinə böyük təsir göstərir. Matrisası maqnisilikat olan seolit tutumlu katalizator üzərində aromatik karbohidrogenlər, matrisası alümosilikat olan katalizatordan az alınır, bu isə turşu mərkəzlərinin müxtəlif olması ilə izah olunur. İlk dəfə olaraq göstərilib ki, seolit tutumlu katalizatorlarda seolitin destriksiyası nəinki emal temperaturundan, həm də matrisanın  təbiətindən asılıdır. Təbii  seolitləri və seolit tutumlu katalizatorları modifikasiya edərək dehidratasiya, izomerizasiya, oksidləşdirici dehidrogenləşmə, eterifikasiya və hidrokrekinq prosesləri üçün yüksək effektli katalizatorlar alinib.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 8
Əsas elmi əsərlərin adları:
  1. А.Л.Клячко-Гурвич, А.Т.Худиев, А.М.Рубинштейн. "О каталитически активных центрах в цеолитах".  //Доклады АН СССР №6, 1967

  2. Я.И.Исаков, А.Л.Клячко-Гурвич, А.Т.Худиев, Х.М.Миначев, А.М.Рубинштейн. "О прогнозировании каталитического действия цеолитов в реакциях кислотно-основного типа". //Материалы IV Международного конгресса по катализу, г.Москва 1968

  3. А.Т.Худиев, М.И.Рустамов, С.М.Ибрагимова и др. "Взаимосвязь активности, кислотности и пористо-структурных характеристик цеолитсодержащих катализаторов крекинга". //Журнал  "Кинетика и катализ", 1984, №1, стр.99-101

  4. A.T.Khudiev , M.Haghighi "Dehydration of Cyclohexanol on Natural Zeolites". //Proceedings of The 5th National Iranian and 4th Internatoanl Chemical Engineering Congress of Iran, April 24-27, 2000, p.3-15, University, Shiraz, Islamic Republic of Iran.

  5. M.Haghighi, Hossein Nik Akhtari, A.T.Khudiev "Regeneration of Hudrocracking Catalyst of Tabriz Refinary". // Proceedings of The 6th National Congress of Chemical Engineering of Iran, May 8-11, 2001, V.5, pp.135-142, Isfahan University of Technology, Isfahan, Islamic Republic of Iran.

Pedaqoji fəaliyyəti: 1994-cü ildən hazırkı vaxta kimi Təbriz səhərində Səhənd Texnoloji Universitetinin professoru (dəvət ilə)
İş yeri və ünvanı: Səhənd Texnoloji Universiteti, İran İslam Respublikası,Təbriz ş., P.O.Box 51335-1996
Vəzifəsi: Aparıcı elmi işçi
Xidməti tel.: (984 11) 245760
Ev tel.: (984 11) 462286
Faks: (984 11) 245770
Elektron poçtu: khudiev@yahoo.com