az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 07.07.1937
Təhsili: Azərbaycan Dövlət Universiteti, kimyaçı
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.13 - Neft kimyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 212
Xaricdə çıxmış elmi əsərlərin sayı: 47 (23 məqalə, 24 tezis)
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 41
Əsas elmi nailiyyətləri:

Neft xammalı əsasında incə üzvi sintez məhsulları və onların yeni alınma üsulları və texnoloji prosesləri alitsiklik karbohidrogenlər və onların müxtəlif quruluşlu və xassəli oksigenli törəmələrinin neft kimya və üzvi kimya üsulları ilə alınması və onların termokatalitik çevrilmələri sahəsində sistematik tədqiqatlar aparılmışdır. Alifatik və alitsiklik ketonların sərbəst radikallar iştirakı ilə alken və tsiklenlərə birləşməsi ilə həmçinin onların maye fazada selektiv oksidləşməsi ilə müvafiq laktonların alınması üsullarının elmi əsasları və texnoloji prosesləri işlənib hazırlanmışdır. Alitsiklik ketonlar və müvafiq laktonlar sınaqdan keçirilmiş və sənaye miqyasında tətbiq olnuması tövsiyə olunmuşdur. Almaniya Qida  İnstitutu (Podsdam şəhəri) və VNİİU İnstitutu (S.Peterburq) ilə birlikdə bu laktonların qida dəyəri və toksikoloji xassələri öyrənilmiş, bunların əsasında alınmış kompozisiyaların ərzaq və parfümeriya-kosmetik məhsullarında işlənməsi tövsiyə olunmuşdur.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 14
elmlər doktorlarının sayı:
 
2
Əsas elmi əsərlərin adları:
  1. Каталитическое окисление алкилциклоалкилкетонов в лактоны. //Журнал прикладной химии, 1997, т.70, вып.4, стр. 648

  2. Alicyclic glycols and ethers as synthetic aroma substances and intermediates. //V Aroma Simposium. Eisenach, Germany, 1997

  3. Циклоолефины циклопентенового и норбоненового рядов - сырье для нефтехимического синтеза. //Деп. ВИНИТИ, №2038, В-89, 1989

  4. Окислительное дегидродиспропорционирование этилциклогексана на модифицированных формах цеолита У. //Нефтехимия, 1997, №6, стр.523

  5. Bicyclo- and macrocyclic ketones and their derivatives as aroma substances. //In the book "Flavor 2000": Perception, Release, Evalution, Formation, Acceptance, Nutrition, and Health, Germany, 2001, pp. 207-221

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Nyu-York Elmlər Akademiyasının  üzvü
İş yeri və ünvanı: AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30
Vəzifəsi: Baş elmi işçi
Xidməti tel.: (994 12) 4902476
Ev tel.: (994 12) 4927920
Mobil tel.: (994 55) 7729429
Faks: (994 12) 4972073
Elektron poçtu: elmira@awdc.baku.az