az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4902373

Struktur bölmənin rəhbəri:

Yaqub Hidayət oğlu Abdullayev
Kimya elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Azotlu birləşmələrlə modifikasiya olunmuş fenol-, alkilfenolformaldehid oliqomerlərinin, onların duzlarının, efirlərinin, modifikasiya olunmamış və modifikasiya olunmuş fenol oliqomerləri hibridlərinin, onların efirlərinin sintezi və bunların əsasında superplastiifikatorların, deemulqatorların, örtük kompozisiyalarının, yapışqan materiallarının, üzvi və mineral doldurucular üçün əlaqələndiricilərin, kəsici və cilalayıcı alətlərin istismar müddətini artıran sürtgü materiallarının alınması, tədqiqi və tətbiq sahələrinin araşdırılması.

Struktur bölmənin  əsas elmi nəticələri:

Oksidləşdirici ammonoliz üsulu ilə nitrillərin sintezi, nitrillərin amidlərə, aminlərə çevrilməsi metodları işlənib hazırlanmış və onlardan fenolformaldehid oliqomerlərin (ffo) modifikasiya edilməsində istifadə olunmuşdur. Benzoquanaminlə modifikasiya olunmuş ffo-nin kalium duzu əsasında bərk sürtgü qələmi, keçmiş SSRİ-nin 78 müəssisəsində kəsici alətlərin istismar müddətini artırmaq məqsədi ilə tətbiq olunaraq, külli miqdarda iqtisadi səmərə vermişdir.

Laboratoriyada sintez edilmiş benzoquanaminlə modifikasiya olunmuş ffo-nin sulfoturşusunun kalium duzu beton qarışıqlarının möhkəmliyini artıran superplastifikator kimi tətbiq olunur. Benzoquanaminlə modifikasiya olunmuş alkilfenolformaldehid oliqomerinin kalium duzu 1990-1994-cü illərdə sənaye istehsalı məhsulu olan silikon yağını əvəz edərək, kondisioner və soyuducu zavodlarında freonsuz yağlayıcı kimi tətbiq olunmuş və böyük iqtisadi səmərə vermişdir.

Gəncə "Yağ-piy" kombinatının tullantısı əsasında alınan deemulqator davamlı neft emulsiyalarının su və digər qarışıqlardan təmizlənməsi üçün respublikanın neft mədənlərinin əksəriyyətində geniş istifadə olunmuşdur.

Azotlu birləşmələrlə modifikasiya olunmuş, eləcə də modifikasiya olunmamış fenol-, alkilfenolformaldehid oliqomerlərinin, onların duzlarının, efirlərinin, modifikasiya olunmuş və modiifikasiya olunmamış fenol oliqomerləri hibridlərinin alınması və efirləşdirilməsi üsulları işlənib hazırlanmışdır.

Hibridləşmiş fenol oliqomerləri əsasında hazırlanmış kompozitlər antikorrozion örtüklər, elektrotexniki təyinatlı əlaqələndiricilər, yüksək adgeziya möhkəmliyinə malik olan yapışqan materialları kimi praktiki əhəmiyyət kəsb edir.

Tetraxlormetan və dixloretan əsasında yeni alüminiumhaloid kompleksləri sintez olunmuş və onlar aromatik karbohidrogenlərin a-olefinlərlə alkilləşməsi, eləcə də a-olefinlərin oliqomerləşməsi proseslərində katalizator kimi müsbət nəticələr vermişdir.