az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4902280

Faks:

(994 12) 4903520

Email:

anipcp@dcacs.az.net

Struktur bölmənin rəhbəri:

Gülxanım Qeybulla qızı Abbasova
Kimya elmləri namizədi, baş elmi işçi

İşçilərin ümumi sayı:

23

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Institutun tədqiqatlarının və işləmələrinin əsas istiqamətləri üzrə elmi-texniki və patent məlumatlarının toplanması və təhlili, biblioqrafik, icmal məlumatlarının, tematik, analitik və proqnoz xarakterli məcmuələrin tərtibi və buraxılması. İnternet vasitəsi ilə operativ informasiyanın toplanması və İnstitut əməkdaşlarına çatdırılması. Konfransların, müşavirələrin, seminarların təşkili və keçirilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

Laboratoriya əməkdaşları tərəfindən "Yeni nəşrlər və ixtiralar" adlı məlumat məcmuələri, "Metal-üzvi sintez" adlı biblioqrafik bülleten (22 nömrədə), 9 tematik icmal, İnstitutda yaradılan yeni proses və məhsullar üçün kommersiya kataloqları, reklam prospektləri, xidmət kataloqları, "Kataliz", "Katalitik krekinq", "Üzvi sintez" və s. mövzularda İnternet Ekspress İnformasiya Bülletenləri (30-dan çox) buraxılmışdır.
Laboratoriyada yerinə yetirilən istiqamətlərdən biri də görkəmli kimyaçı alimlərin elmi əsərlərinin biblioqrafiyalarının tərtibidir. Bu sahədə laboratoriyada 10-a yaxın alimin (akademiklər V.S.Əliyevin, S.D.Mehdiyevin, M.İ.Rüstəmovun, N.M.Seyidovun, M.Ə.Məmmədyarovun, AMEA-nın müxbir üzvləri B.A.Dadaşovun, V.M.Abba-sovun, F.İ.Səmədovanın və s.) elmi əsərlərinin biblioqrafiyası tərtib edilmişdir.
1994-cü ildən başlayaraq hər iki ildən bir dəfə keçirilən neft kimyası üzrə Bakı Beynəlxalq Məmmədəliyev Konfranslarının təşkilində və keçirilməsində laboratoriyanın böyük rolu olmuşdur. Bu konfransların əsas təşkilatçıları AMEA, NKPİ, ARDNŞ və "Azərkimya" Dövlət Konserni olmuşdur. Konfransların işində Respublikannın elm və sənaye müəssisələrində çalışan alim və mütəxəssislər, eləcə də ABŞ, Almaniya, Hollandiya, İran, İngiltərə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tatarıstan və s. ölkələrdən alimlər və qonaqlar iştirak etmişlər. Hər bir konfransda 300-ə qədər məruzələrin tezisləri qəbul olunmuşdur. Konfranslar yüksək səviyyədə keçirilmiş, kütləvi informasiya vasitələri və televiziya ilə geniş işıqlandırılmışdır.
Laboratoriya 1994-cü ildən başlayaraq hər il Bakıda keçirilən "Xəzər neft-qaz" Beynəlxalq Sərgi və Konfransda İnstitutun müvəffəqiyyətlə iştirakını təmin etmişdir.
NKPİ-də mütəmadi olaraq keçirilən seminarların təşkili və keçirilməsi, görkəmli alimlərin yubiley tədbirlərilə əlaqədar hazırlıq işləri də laboratoriya əməkdaşları tərəfindən yerinə yetirilir.
Laboratoriya daxil olan sifarişlər və İnstitut rəhbərliyinin tapşırıqları əsasında müntəzəm olaraq elmi-texniki informasiya təminatı və xidmət sahəsində müxtəlif profilli işləri yerinə yetirir. İnstitutun əməkdaşları tərəfindən mətbuatda çap etdirilmiş əsərlərin siyahısı və İnstitut tərəfindən təsis edilmiş "Neft kimyası və neft emalı prosesləri" jurnalında çap etdirilmiş məqalələrin mətni kompüterə daxil edilmiş və onların əsasında məlumat bazası yaradılmışdır.
Laboratoriyada İnstitut əməkdaşlarından daxil olan sifarişlər əsasında elmi-texniki ədəbiyyatın azərbaycan və rus dillərindən ingilis dilinə və əksinə tərcüməsi yerinə yetirilir. İldə təqribən 600 səhifə tərcümə edilir.