az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4902476

Faks:

(994 12) 4903520

Struktur bölmənin rəhbəri:

Sultan Əsgər oğlu Sultanov
Texnika elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

18

 Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Aviasiya texnikası üçün xüsusi yanacaqların yeni növlərinin və ekoloji təmiz istehsal texnologiyalarının işlənib hazırlanması. Yeni neft yataqlarının neftləri və təkrar emal məhsulları əsasında  xüsusi və dizel yanacaqlarının xammal mənbələrinin geniş-ləndirilməsi üzrə tövsiyyələrin işlənib hazırlanması

Struktur bölmənin əsas elmi nəticələri:

Azərbaycan alimlərinin apardığı tədqiqatlar nəticəsində 1946-cı ildə SSRİ-də ilk dəfə T-1 markalı reaktiv yanacağın azərbaycan neftlərindən alınma texnologiyası işlənib hazırlanmış və Neft Emalı Zavodunda tətbiq edilmişdir.

1959-cu illərdən başlayaraq T-1 yanacağının termiki stabilliyini yaxşılaşdırmaqla yanaşı sərnişin təyyarələri üçün T-1Q, RT və Jet A-1 tipli reaktiv yanacaqlarının alınma texnologiyası  işlənib hazırlanmışdır.

Eyni zamanda SSRİ-də aviasiya texnikasının səsdən iti sürətə keçməsilə reaktiv yanacağının keyfiyyətinə xüsusi tələblər verilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan neftləri və onların birbaşa distilləsindən ayrılan yanacaq fraksiyalarının fiziki-kimyəvi xassələri, karbohidrogen tərkibinin təyini sahəsində geniş tədqiqatlar aparılmış, T-5 markalı reaktiv yanacağının alınma texnologiyası işlənilmişdir. 1959-cu ildə keçmiş SSRİ-də ilk termostabil T-5 markalı reaktiv yanacağının istehsalı Bakı neft emalı zavodunda tətbiq olunmuşdur. "Neft Daşları" yataqları neftindən istehsal olunanT-5 markalı yanacaq SSRİ-də yeni nəsil reaktiv təyyarələrinin yaradılmasına və istehsalına imkan vermişdi.

1960-1970-ci illərdə Azərbaycanın unikal neftləri əsasında tərkibində aromatik karbohidrogenlərin miqdarı 10%-dən çox olmayan yüksək termostabil T-6 və Tu-144  sərnişin təyyarələri üçün xammal ehtiyatı daha çox olan və istehsalı iqtisadi cəhətdən sərfəli olan T-8B markalı reaktiv yanacaqların alınma texnologiyaları yaradılmışdır. 1980-1982-ci illərdə Rusiyanın  Salavat Neft-Kimya Kombinatında  Azərbaycan neftləri distillatından istehsal olunan T-6 markalı yanacaq ixtisaslaşdırılmış üsullarla sınaqdan keçib aviasiya texnikasında istifadəsinə vəsatət verilmişdir.

Yüksək istilik tutumu və aşağı temperatur xassələrinin karbohidrogenlərin quruluşundan asılılığı müəyyənləşdirilmiş və bu xassələrə malik olan norborniltsiklan və spiran karbohidrogenləri sintez edilmişdir.

Aviasiya texnikasında istifadə olunan AMG-10 hidravlik yağının baza məhsulunun hidrogenləşmə proseslərilə Azərbaycan neftlərindən alınması və onun ehtiyatlarının genişləndirilməsi sahəsində də son vaxtlarda tədqiqatlar aparılmışdır.

Dizel mühərriklərinin nəqliyyat vasitələrində geniş tətbiqi ilə dizel yanacağının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə yanaşı onun xammal ehtiyatlarının artırılması keçən əsrin əsas problemlərindən biri olmuşdur. 60-cı illərdən başlayaraq dizel yanacağı ehtiyatının təkrar emal məhsulları əsasında artırılmasında hidrogenlə təmizləmə prosesi sahəsində tədqiqatlar aparılır. Hazırda İnstitutun alimləri və neft emalı sənayesi mütəxəssisləri tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda dizel yanacağı distillatına təkrar emal məhsullarını (katalitik krekinq və kokslaşma qazoylları) qatmaqla hidrogenlə katalitik təmizləmə prosesi işlənib hazırlanmış və ekoloji-təmiz dizel yanacağının  istehsalı  təşkil edilmişdir.