| Struktur bölmənin rəhbəri: | Münəvvər Cəfər qızı
İbrahimova |
|
| İşçilərin ümumi sayı: | 17 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Praktiki cəhətdən əhəmiyyətli istismar göstəriciləri ilə xarakterizə olunan, müxtəlif tərkib funksional qruplara malik yeni oliqomer və sooliqomerlərin əlverişli xammal əsasında sintezinin tədqiqi və səmərəli tətbiq sahələrinin müəyyənləşdirilməsi. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Aparılan tədqiqatlar əsasında vinil-, izopropenilfenollar və onların törəmələrinin alınma üsulları, onlar əsasında polifunksional oliqomerlər, polimerlər və sopolimerlərin sintez şəraitləri işlənib hazırlanmışdır. Oliqobutadienlərin və doymamış, fenolformaldehid qətranlarının təcrübə-sınaq və sənaye qurğularında istehsalı təşkil edilmişdir. Oliqobutadienstirol korroziyaya qarşı davamlı, tikinti və məişətdə tətbiq tapmış dekorativ laklar və boyalar istehsalında, fenoformalit qətranı isə termiki davamlı, yüksək dielektrik göstərəcələri ilə xarakterizə olunan yeni tərkib plastik kütlələr, iqtisadi cəhətdən sərfəli və keyfiyyətli, yeni nəsil aviasiya mühərriklərində tətbiq olunan yapışqan tərkiblər istehsalında istifadə olunmuşdur. Pirolizin maye məhsullarının oliqoarilalkenlər və aromatik karbohidrogenlər alınması ilə emalı texnologiyası işlənib hazırlanmışdır. Neftin katalitik krekinqindən alınan yüngül qazoyl fraksiyası əsasında beton qarışıqları üçün kimyəvi qatqı - superplastifikatorun alınma texnologiyası hazırlanmış, təcrübə-sınaq qurğusunda istehsalı təşkil olunmuşdur. Propilenoksid, müxtəlif tərkib ikiəsaslı turşu anhidridləri, metakril turşusun qlisidil efiri əsasında tərkibi, struktur quruluşu, funksional qrupların təbiəti və miqdarı tənzimlənə bilən yeni reaksiyaya qabil oliqoefirlərin və epoksisooliqomerlərin sintezinin elmi əsasları işlənib hazırlanmış və örtük əmələgətirici tərkib hissə, kompozisiya materiallarının alınmasında bağlayıcı komponent, polimer materiallar üçün modifikator kimi səmərəli tətbiq sahələri müəyyən edilmişdir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011