| Tel.: | (994 12) 4903029, (994 12) 4903404 |
|
| Faks: | (994 12) 4903029 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: | Vaqif Məhərrəm oğlu
Abbasov |
|
| İşçilərin ümumi sayı: | 20 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Turş və neytral mühitlərdə işləyə bilən çoxfunksiyalı korroziya, duzçökmə, parafinçökmə inhibitorlarının, inhibitor-bakterisidlərin, deemulqatorların, yanğın-söndürmə, üçün köpükəmələgətiricilərin sintezi, onların təsir mexanizminin tədqiqi, istehsal texnologiyalarının yaradılması. Müalicəvi Naftalan neftinin struktur-qrup tərkibinin, bioloji aktivliyinin tədqiqi, bioloji aktiv sintetik analoqlarının yaradılması, yeni təmizlənmə texnologiyasının işlənib hazırlanması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Laboratoriya üzvi nitrobirləşmələrin metal kompleksləri əsasında antistatik aşqarların yaradılmasının elmi əsaslarını işləyib hazırlamış və bu sahədə yeni elmi istiqamət yaratmışdır. Laboratoriya korroziya inhibitorlarının yaradılması və tədqiqi sahəsində dərin və geniş tədqiqatlar apararaq aşağıdakı əhəmiyyətli nəticələri əldə etmişdir: - karbamid və aminlər əsasında yeni tip fosfat komplekslərinin sintez üsulunu yaratmış və bu komplekslər əsasında çoxfunksiyalı korroziya inhibitorlarının (VFIKS-82 və Azəri) istehsalı və tətbiqini təşkil etmişdir. Rusiya Federasiyası bu istehsal texnologiyasını lisenziya ilə almış və gücü 20 min ton olan qurğu Başqırdıstanın Meleuz şəhərində işə salınmışdır. Hazırda bu inhibitorlar RF-də, Belçikada, Ingiltərədə istehsal olunan SNPX-6011B, IKB-4V, Koreksit-7755, Koreksit-7798 inhibitorlarının əvəzedicisi kimi Qərbi Sibirin neft yataqlarında istifadə olunur. 1988-92-ci illərdə VFIKS-82 və Azəri Ukraynanın, Türkmənistanın neft yataqlarında, Neft Daşlarında, sənaye miqyasında istifadə olunub. 1987-ci ildə VFIKS-82 SSRI Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalına layiq görülüb və 1990-cı ildə SSRI Elm və Texnika Komitəsi onu xaricə satmaq üçün 1572 nömrəli lisenziya verib. Laboratoriya fosfat kompleksləri əsasında yeni aşılayıcı maddə yaratmışdır ki, o müvəffəqiyyətlə Rusiya Federasiyasının, Latviyanın, Qazaxıstanın, Azərbaycanın dəri və gön emalı zavodlarında sənaye sınaqlarından keçirilib və tətbiq olunub. BEPIKOR adlanan bu maddə dəri sənayesində istifadə olunan 8 zəhərli kimyəvi maddəni əvəz edir, istehsal tullantılarını 6 dəfə azaldır və dəri-gön məmulatlarının istismar xassələrini yaxşılaşdırır. Bunu Türkiyənin «Səpici» və «Günder dəri» fabriklərində keçirilmiş sənaye sınaqları təsdiq edir. Laboratoriya a-olefinlər əsasında tərkibində 25 həcm faizi H2S və CO2 olan mühitlərdə işləyə bilən, çoxfunksiyalı hidrogensulfid korroziyası inhibitoru yaratmış, sənaye sınaqlarından keçirmiş və tətbiq etmişdir. Bu iş keçmiş SSRI üzrə vahid proqram əsasında aparılmışdır. Bu işlərin nəticəsi olaraq Kaspi-2, Araz-1 və Abşeron adlı inhibitorlar yaradılmış, onların təsir mexanizmi öyrənilmişdir. Araz-1 inhibitoru Neft Daşlarında sənaye sınaqlarından keçirilib və tətbiq üçün tövsiyyə olunub. Laboratoriya neftin ilkin emalı qurğuları üçün dünyada analoqu olmayan Kaspi-X neytrallaşdırıcı-inhibitor yaradıb. 95-99% müdafiə qabiliyyətinə malik bu inhibitor öz effektinə görə Almaniyanın "Xyoxst" firmasının Dodigen-481 inhibitorundan bir neçə dəfə üstündür. O, 1995-ci ildən H.Əliyev adına Neft Emalı Zavodunda neftin ilkin emal qurğusunda tətbiq olunur və qurğu üçün xarici valyuta ilə inhibitor alınmasına ehtiyac yoxdur. Laboratoriyada 1997-ci ildə yaradılmlş çoxfunksiyalı parafinçökmə inhibitoru (Parkorin-1) neftçıxarma üzrə birgə Azərbaycan-Türkiyə müəssisəsinin istismar etdiyi yataqlarda (Mişovdağ) sənaye sınaqlarından keçib və 1998-ci ilin fevral ayından istifadə edilir. 1998-ci ildə V.M. Abbasovun ideyası və rəhbərliyi ilə «Xəzər» deemulqatoru yaradılmış, H.Əliyev adına Neft Emalı Zavodunda sənaye sınağından keçirilmiş və Almaniyadan alınan PROQALIT deemulqatorunun əvəzinə tətbiqi təşkil olunmuşdur. 1999-cu ildə yüksək keyfiyyətli «Bakı» ərphəlledicisi yaradılmış, H.Əliyev adına Neft Emalı Zavodunda uğurlu sənaye sınağı keçirilmiş və tətbiqinə başlanmışdır. 2000-ci ildə analoqlarından yüksək effektivliyi ilə fərqlənən yanğınsöndürmə üçün «NKPI-34-2» köpükəmələgətiricisi yaradılmış Dövlət Baş Yanğından Mühafizə Idarəsinin poliqonunda sənaye sınağından keçirilmiş və tətbiq üçün təklif olunmuşdur. Laboratoriya ilk dəfə olaraq Naftalan neftinin hidrotəmizləmə və hidrogenləşmə proseslərinin tətbiqi ilə təmizlənməsi ideyasını irəli sürüb və bu sahədə yüksək nəticələr əldə edib. Mövcud təmizləmə üsullarından fərqli olaraq kanserogen olan çoxnüvəli aromatik karbohidrogenləri müalicəvi naften karbohidrogenlərinə çevirmək texnologiyasını işləyib hazırlamışdır. Yeni təmizləmə üsulu ilə alınan təmizlənmiş naftalanın fiziki üsullarla birgə istifadəsinin daha səmərəli olduğu sübut edilmişdir. Müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə olaraq V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış "Ağ naftalan yağı" Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçmiş, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə Ukraynada dərman preparatı kimi satışına icazə verilmişdir. Laboratoriyanın əməkdaşları SSRI-nin 20 müəlliflik şəhadətnaməsinin, 1 patentinin, Rusiya Federasiyasının 3 patentinin, Azərbaycanın 9 patentinin müəllifidir. Laboratoriyada 2 doktorluq və 7 namizədlik dissertasiyası müdafiə edilmişdir. Laboratoriyanın əməkdaşlarının 5 monoqrafiyası, universitetlər üçün 7 dərsliyi, ümumtəhsil məktəbləri üçün 4 dərsliyi və 9 əlavə dərs vəsaiti çap olunmuşdur. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011