az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4902373

Struktur bölmənin rəhbəri:

Cahangir İbrahim oğlu Allahvediyev
Teхnika elmləri doktoru, baş elmi işçi

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Fiziki cihazlardan istifadə etməklə, neft və neft məhsullarının, neft-kimya sintezi proseslərindən alınmış fərdi karbohidrogenlərin və eləcə də təbii və neft qazlarının müvafiq ГОСТ  və metodlar əsasında fiziki-kimyəvi xassələrinin, vəsfi və miqdarı tərkiblərinin xromatoqrafik və analitik üsulla tədqiqi.

Struktur bölmənin  əsas elmi nəticələri:

Laboratoriyada aşağıdakı analizlər aparılır: sıxlıq, özlülük, fraksiya tərkibi, qətran və asfaltenli birləşmələr, sülb parafinlər, aromatik karbohidrogenlər, turşuluq  və turşu ədədi, suyun və mexaniki qarışığın miqdarı, kül və koksun miqdarı, yod ədədi, faktiki qətran, mis lövhənin korroziyası, fərdi karbohidrogenlərin təmizliyi, ərimə, donma, alışma temperaturları, suda həll olan turşu və qələvilərin miqdarı, süzülmə əmsalı, işçi məhsulların qatılığı, suda hıll olan xlor duzları, xlor və xlor ionunun təyini, neft və neft  məhsullarında ümumi kükürdün miqdarı, açıq rəngli neft məhsullarının və fərdi karbohidrogenlərin xromatoqrafik analizi, neftdə həll olmuş yüngül qazların xromatoqrafik analizi,işlənmiş katalizatorun səthinə hopmuş koksun miqdarı, açıq rəngli neft məhsullarında karbohidrogen qrup tərkibi (FİA), buxarlanmadan sonra quru qalığın miqdarı, katalizatorlarda nəmliyin miqdarı, katalizatorların sıxlığı və fraksiya tərkibi və başqa analizlər.

Bundan əlavə, laboratoroyada parafin, aromatik və olefin karbohidrogenlərin analiz və identifikasiya üçün bir sıra xromatoqrafik analiz üsulları, neft, neft məhsullarında su və mexaniki qarışığın birlikdə iştirakı ilə təyini metodu, element analizi üçün oksidləşdirici və reduksiyaedici katalizatorlar işlənib hazırlanmışdır.

Neft emalı və neft-kimya məhsullarının daha dərin xromatoqrafik analiz və identifikasiyası üçün bir sıra maye fazalar, yüngül neft emalı məhsullarının qrup tərkibini təyin etmək üçün gündüz işığında sərhəddi adi gözlə görünən fluoressent adsorbsiya indikatoru sintez  edilmişdir.

Mürəkkəb tərkibli karbohidrogen qarışıqlarının tam identifikasiyası üçün zəif adsorbsiya və katalitik xassəli modifikasiya edilmiş seolit və silikagel tərkibli sorbentlər hazırlanmışdır.