| Ünvan: | AZ1032, Azərbaycan Respublikası, Bakı ş., Köhnə Əhmədli qəs. küç. 622, ev 9 |
|
|
| Tel.: | (994 12) 4760211 | ||
| Faks: | (994 12) 4760377 | ||
| Email: | eip_ipco@azerin.com | ||
| Direktor: | Nəriman Fərman oğlu Cavadov |
||
| Direktor müavinləri: |
Rəhman Süleyman oğlu Süleymanov
Ümumi işlər üzrə |
||
Baş mühəndis: |
Ağası Əliheydər oğlu Əliyev Tel.: (994 12) 4760377 |
||
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
TZS-nin əsas fəaliyyət dairəsi təcrübə miqyasında yeni texnologiyaların öyrənilməsi, texnoloji proseslərin layihə göstəricilərinin müəyyənləşdirilməsi, müxtəlif növ neft kimya məhsullarının təcrübi partiyasının birbaşa müqavilələrə əsasən hazırlanması və realizasiyası, yeni qurğuların tikintisi və montaji, onların yenidən qurulması, təkmilləşdirilməsi, qeyri-standart avadanlıqların hazırlanması və digər istehsalat işləridir. |
||
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Müxtəlif növ motor, transmissiya, reduktor, hidravlika, kompressor yağlarının: solidol, litol, siatim, qrofitli və s. tipli sürtkülərin alınması texnologiyası tədqiq olunmuş və öyrənilmişdir. Ayaqqabı kreminin alınması texnologiyası və resepturası tədqiq olunmuşdur. Parafintərkibli neft şlamı tullantılarının bazasında bərk bitum kompozisiyasının alınması texnologiyası tədqiq olunur və öyrənilir. Poliuretan tipli odadavamlı, lakin geniş profildə SSM konsentratının (soyudulma sürtkü mayesi), Antibakterial xassəyə malik silikat əsaslı mətbəə yapışqanının laboratoriya nümunələrinin alınması texnologiyası tədqiq olunmuşdur. |
||
| Təşkilatın tarixi haqqında qısa məlumat: |
Təcrübə-sənaye zavodu 01.07.1974-cü ildə Az.SSR Nazirlər Sovetinin 24.05.1974-cü il tarixli 203 saylı və Az.SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin 07.06.1974-cü il tarixli 23 saylı sərəncamlarına əsasən 1952-ci ildən fəaliyyət göstərən NKPİ Əhmədli Eksperimental bazasının əsasında təşkil olunmuşdur. |
||
| Təşkilatın işçilərinin ümumi sayı: | 130 |
||
| Təşkilatın struktur bölmələri: |
EM və İTT sexi - Eksperimental-mexaniki və istehsalın texniki təminatı sexi |
||

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011