az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 11.06.1926
Təhsili: Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakultəsi, şərq filologiyası
Elmi dərəcəsi: Tarix elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.03 - Ümumi tarix
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 125
Xaricdə çıxmış elmi əsərlərin sayı: 26
Əsas elmi nailiyyətləri:

Elmi fəaliyyətə İranda, o sıradan, Güney Azərbaycanda milli azadlıq hərəkatları tarixi üzrə tədqiqatlarla başlamış, Moskvada namizədlik disertasiyası müdafiə etmiş, bu sahədə 2 monoqrafiya və 50-dən çox məqalə respublikada, 16 məqalə Sovetlər Birliyi, Polşa, Türkiyə, Kanada və İranda çap etdirmişdir. Problemlə bağlı respublikada və xaricdə elmi konfrans və seminarlarda məruzə və çıxışlar etmişdir. Elmi fəaliyyətdə aparıçı istiqamətlərdən biri İranda aqrar münasibətlər problemidir. Problemlə bağlı 2 monoqrafiya, 12 məqalə və tezislər çap edilmiş, elmi toplantılarda çıxışlar edilmişdir. Bu sahədə axtarışlarını "XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda aqrar münasibətlər" adlı doktorluq  disertasiyasında cəmləmiş və 1967-ci ildə Bakıda müdafiə etmişdir. Elmi yığıncaqlarda Güney Azərbaycanla bağlı fəaliyyəti aparıcı yer tutmuşdur. Respublikada və ondan kənarda Güneyazərbaycanşunaslıq elmi məktəbinin yaradıcısı kimi tanınır. 1976-1991-ci illərdə AMEA-nın Şərqşunaslıq İnstitutunda fəaliyyət göstərmiş, "Cənubi Azərbaycan tarixi şöbəsi" nin yaradıcısı və rəhbəri olmuş, bu sahədə elmlər namizədləri yetişdirmişdir. Kollektivlə hazırlanmış "Cənubi Azərbaycan tarixi oçerki 1828-1917" (Bakı,1985), "Cənubi Azərbaycan tarixi məsələləri" (Bakı, 1989-1991) kitablarının əsas müəlliflərindən biri, həm də elmi redaktoru olmuşdur. 2000-çi ildə yetirmələrindən elmlər namizədləri Ə.Bije və S.Bayramzadə ilə birlikdə "Güney Azərbaycan" ensiklopedik, elmi sorğu kitabını çap etdirmişdir. Problem və bütövlükdə ümumi tarix üzrə namizədlik və doktorluk disertasiyalarının opponenti olmuşdur. Hazırda "Güney Azərbaycan tarixi" nin 3 cildini hazırlamışdır. Güney Azərbaycanının XİX-XX yüzilliklər tarixinə aid araşdırmaların elmi nətiçələrini ali və orta məktəblər üçün respublikada hazırlanmış "Azərbaycan tarixi" dərsliklərinin Cənubi Azərbaycana aid fəsillərində əks etdirmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 6
Əsas elmi əsərlərin adları:
  1. The National liberation in Iran Azerbaijan in 1917-1920. Baku, 1956, 120 pp. (in Russian)
  2. The 1917-1920 uprising in Persian Azerbaijan, "Central Asian Review". vol.VI, 1958, N3, pp.347-356 and N4, pp.432-447
  3. Lands Property forms and the rules of land-using in Iran in the end of XIX and early XX centuries. Baku, 1964, 246 pp. (in Azeri)
  4. The Conditions of Iran peasants in the end of XIX and early XX centuries. Baku, 1969, 198 pp. (in Azeri)
  5. Tebriz revolt in 1920. Baku, 1990, 148pp. (in Azeri)
Pedaqoji fəaliyyəti: 1994-1995 və 1995-1996-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakultəsində İran, o sıradan, Güney  Azərbaycanın XİX-XX yüziliklər tarixindən xüsusi kurs mühazirələri oxumuşdur.
Təltif və fəxri adlar: V.İ.Leninin 100 illiyi münasibətilə "Rəşadət medalı" 1970;

"Əmək veteranı" medalı - 1983;

Sov. İKP MK-si SSRİ Nazirlər Şurasının İttifaq Mərkəzi Həmkarlar Şurasının Fəxri fərmanı - 1987;

AMEA-nın 60 illik yubileyi Fəxri fərmanı

İş yeri və ünvanı: AMEA-nın Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31
Vəzifəsi: Baş elmi işçi, "Cənubi Azərbaycan" elmi qrupunun rəhbəri
Xidməti tel.: (994 12) 5388755
Ev tel.: (994 12) 5392539
Faks: (994 12) 5392351
Elektron poçtu: sharg@lan.ab.az