| Ünvan: | AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31 |
|
|
| Tel.: | (994 12) 5392351, (994 12) 5388755, (994 12) 5387671, (994 12) 5392363 |
||
| Faks: | (994 12) 5392351 |
||
| Email: | |||
| Direktor: | Gövhər Baxşəli qızı
Baxşəliyeva |
||
| Direktor müavinləri: | Şahin
Məcid oğlu Mustafayev Məsiağa Əhməd oğlu
Məhəmmədi |
||
| Elmi katib: | Zəfər
Camal oğlu Abdullayev |
||
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı; Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri. |
||
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | Son beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır. Bu kitabların ən mühümləri aşağıdakılardır:
Bundan başqa İnstitut son beş ildə bir neçə beynəlxalq elmi konfransın təşkilatçılarından olmuşdur. |
||
| Təşkilatın tarixi haqqında qısa məlumat: | AMEA-nın Şərqşünaslıq İnstitutu 1958-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır. Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir. |
||
|
Təşkilatın struktur bölmələri: |
Türkiyə tarixi və iqtisadiyyatı şöbəsi İran tarixi və iqtisadiyyatı şöbəsi Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsi Din və ictimai fikir tarixi şöbəsi |
||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011