az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Mustafayev Vidadi Kamal oğlu
T.e.n.

İşçilərin ümumi sayı:

15

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Şöbə İran cəmiyyətinin sosial strukturunda başverən dəyişikliklərin, yeni struktur komponentlərinin formalaşması prosesinin öyrənilməsində keçmiş SSRİ - də aparıcı mövqeyə malik olmuşdur. T.e.d., prof. Z.Y.Abdullayev fəhlə sosial qrupunun meydana gəlib formalaşma prosesini, bu prosesin başa çatma mərhələsini hərtərəfli araşdırmışdır. Tədqiqatın nəticəsi iki kitabda əks olunmuşdur.

İranda sahibkar təbəqəsinin formalaşma prosesini, həmin təbəqənin sosial, peşə və etnik strukturunu, siyasi fəaliyyətini hərtərəfli şəkildə araşdırılmışdır.

Struktur bölmənin əsas elmi nəticələri:

İranın xarici münasibətlərinin araşdırılması.

İran diplomatiyasının Millətlər liqasında, İranın Səədabad paktında fəaliyyətini, İranın qonşu Şərq ölkələri ilə münasibətlərini və s. tədqiq etmişdir. İranın xarici münasibətlərinin sonrakı vəziyyəti ardıcıl və kompleks şəkildə araşdırılmışdır.