az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Vilayət Abbasqulu oğlu Cəfərov
Filologiya elmləri namizədi, baş elmi işçi

İşçilərin ümumi sayı:

14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Ərəb ədəbiyyatının məşhur şəxsiyyətlərinin həyat və yaradıcılığı. Ərəb-Azərbaycan ədəbi əlaqələri, azərbaycanlı alimlərin ərəbdilçilik və filoloji elminin inkişafında rolu, Ərəb-Azərbaycan-Türk dilində olan lüğətlərin tərtibi, tənqidi və nəşri, bədii və filoloji tərcümə

Struktur bölmənin əsas elmi nəticələri:

Təsisindən (1976) 2000-ci ilə qədər şöbə 24 monoqrafiya, 6 "Ərəb filologiyası məsələləri" adlı məqalələr məcmüəsi, 4 tərcümə əsəri (roman, şer, hekayə, filoloji tərcümə) və 200-ə qədər elmi məqalə çap etmişdir.

Monoqrafiyaların bəziləri:

  1. A.İmanquliyeva. "Yeni ərəb ədəbiyyatının korifeyləri". "Elm",1991 (17 c.v)

  2. Y.Baxşəliyeva. Əbul Fərəc əl-İsfəhaninin "Mahnılar kitabı" və klassik Azərbaycan ədəbiyyatı. Bakı, "Elm", 1998

  3. V.Cəfərov. "İraqda neoklassik poeziya". Bakı, "Elm", 1998

  4. F.Əliyev. "Azərbaycan-Ərəb ədəbi əlaqələri". Bakı, "Yazıçı", 1987

  5. Y. Orucova. Az-Zancam  "Mabadiat-fasrif ";  Ç.Mirzəzadə. "İbn Fristə və onun mənzum lüğəti". Bakı, "Elm", 2000