az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Əsədov Fərda Məhərrəm oğlu
Tarix elmləri namizədi

İşçilərin ümumi sayı:

14

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Tarixi araşdırmalarla yanaşı ərəb, fars və türkdilli yazılı abidə, mənbə və sənədlərin tədqiq və tərcüməsi, habelə nəşri şöbənin daim yerinə yetirdiyi digər əsas istiqamətlərdən biridir. Şöbə həm Xilafət və ona daxil olan ölkələrin tarixi keçmişini, həm də müasir ərəb dövlətinin tarix və iqtisadiyyatını tədqiq etməklə məşğuldur.

Struktur bölmənin əsas elmi nəticələri:

Şöbə işçiləri son illər orta əsr ərəb mənbələrində Azərbaycanın tarix, coğrafiya və etnoqrafiyasına aid materialları arayıb seçərək, onları tərcümə etmiş və birgə səylərin nəticəsi olaraq toplu şəklində çapa hazırlamışlar.