| Struktur bölmənin rəhbəri: | ||
| İşçilərin ümumi sayı: | 13 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Şöbədə aparılan tədqiqatlarda türk ədəbiyyatı tarixinin bir çox dövrləri və sahələrinə aid araşdırmalar aparılmış, görülən işlərin ədəbi, elmi təhlili verilmişdir. Ədəbi və nəzəri tədqiqin müxtəlif formalarından istifadə edərək aparılan araşdırmalarda Türkiyənin folkloru, klassik ədəbiyyatı və əsasən XİX-XX əsr mütərəqqi ideyalı şairlərinin, yazıçılarının həyatı, yaradıcılığı, sənətkarlıq xüsusiyyətləri, ədəbi aləmdə gedən inkişaf prosesləri, ədəbi-tənqidi jurnalların ədəbiyyatın tərəqqisinə göstərdiyi təsir, ədəbiyyatlarımız arasındakı əlaqələrin öyrənilməsi və s. şöbə əməkdaşlarının əsas tədqiqat obyekti olmuşdur. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Türk filologiyası şöbəsi fəaliyyətə başladığı dövrdən etibarən burada çalışan əməkdaşlar türk ədəbiyyatının aktual problemlərinə həsr olunmuş iyirmi beş kitab, iki yüzdən çox elmi məqalə (o cümlədən, xaricdə) və bir o qədər də publisistik məqalə çap etdirmişlər. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011