az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Masallı rayonu, Miyankü kəndi
Təvəllüdü: 08.06.1963
Təhsili:

Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu (indiki Azərbaycan Dillər Universiteti), ingilis dili

Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Dosent
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.02.19 – Dil nəzəriyyəsi
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 69, 3 monoqrafiya, 6 kitab
Xaricdə çıxmış elmi əsərlərin sayı: 3
Əsas elmi nailiyyətləri: 

- Azərbaycan dilçiliyində dilin bütün səviyyələrində temporallığın (zaman münasibətlərinin) ifadəsini araşdırmış, zaman münasibətlərini funksional-semantik sahə kimi təqdim etmişdir.  

- Leksik və sintaktik temporallıq məsələlərini Azərbaycan dilinin materialı üzrə ilk dəfə olaraq tədqiq etmiş, leksik temporallıq sahəsinin struktur-semantik modelini qurmuşdur.

- Sahə nəzəriyyəsində funksional-semantik sahənin mərkəz-periferiya struktur tipinin müəyyənləşdirilməsi üçün tətbiq edilən diferensial əlamətlərə bir binar cütlüyün əlavə edilməsini təklif etməklə nəzəri fikri zənginləşdirmişdir.

- Azərbaycan dilində dialekt və şivə səviyyəsində alınma sözlərin fonetik, qrammatik təbiətini və leksik-semantik xüsusiyyətlərini araşdırmış, qədim alınma sözlər layını aşkarlamışdır.

 

 

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı:
elmlər doktorlarının sayı:
Əsas elmi əsərlərin adları:

1.Temporal leksika. Bakı, 2008.

2. Azərbaycan və ingilis dillərində zaman kateqoriyası. Bakı, 2007.

3. Dialekt leksika­sında alınma sözlər. Bakı, 2004.

4. Leksik temporallıq sahə­si­nin struktur-semantik mo­deli  (ingilis və Azər­bay­can dilləri materialı üzrə) // Azərbaycan MEA Xəbərləri, Humanitar elmlər seriyası, Bakı, 2004, № 2, səh. 126-134.

5. Temporallıq sahəsinin üfüqi strukturu // Türkologiya, Bakı, 2007, 1-2, səh. 46-52.

6. Temporal leksikanın semantik təsnifatı // Azərbaycan MEA Xə­bərləri , Huma­nitar elmlər seriyası, Bakı, 2006, 2, səh. 82-90.

7. К вопросу об отражении понятия времени в языке // Вопросы филологических наук, Москва, 2009, № 4, с. 87-90.

Pedaqoji fəaliyyəti:

Orta məktəb, müəllim (1986-1990), Xəzər Universiteti, müəllim (1994-1996), Azərbaycan Memarlıq və İnşaat Universiteti, müəllim (1996-1998).

İş yeri və ünvanı: AMEA-nın  Nəsimi adına Dilçilik İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31
Vəzifəsi: Elmi katib
Xidməti tel.: (994 12) 5390386
Ev tel.: (994 12) 4529914
Mobil tel.: (994 50) 3672556
Elektron poçtu:

ilham_tahir@lan.ab.az

ilham_tahir@rambler.ru