az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5393571

Struktur bölmənin rəhbəri:

Məhəbbət Mirzəxan qızı Mirzəyeva
Filologiya elmləri doktoru

İşçilərin ümumi sayı:

13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Türk dillərinin tarixi-müqayisəli leksikologiyası, frazeologiyası və  qrammatikasının tədqiq etmək; türk dillərinin lüğətlərini  hazırlamaq türk dillərinin psixolinqvistik məsələlərini araşdırılmaq.

Struktur bölmənin əsas elmi nəticələri:

Oğuz, qıpçaq və karluq qrupu türk dillərinin leksikasını əhatə edən 3 cildlik "Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri", oğuz, qıpçaq və karluq qrupu türk dillərinin frazeologiyasının tədqiqinə həsr olunmuş 2 cildlik "Türk dillərinin frazeologiyası", eləcə də "Türk dillərində xitab", "Türk dillərində n kateqoriyası","Dilimizin ulu səsi – Dədəm Qorqud abidəsi",  "Azərbaycan və özbək dillərində müstəqillik dövründə termin yaradıcılığının əsas meyilləri", "Формальное описание закона гармонии в тюркских языках", "XX əsrin əvvəllərində     Azərbaycan ədəbi dilinə Türkiyə türkcəsinin təsiri", "Linqvopsixologiya və ya dilin psixologiyası" monoqrafiyaları nəşr olunmuşdur.

Şöbə əməkdaşları Türkiyə (Ankara, İstanbul, İzmir, İzmit, Kayseri,Sakariya, Rizə,Bolu, Şanlıurfa Qars, Tekirdağ), Rusiya (Moskva), Çin (Pekin), Türkmənistan (Aşqabad), və Şimali Kipr Respublikasında keçirilmiş beynəlxalq elmi məclislərdə məruzələrlə çıxış etmişlər.