az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Struktur bölmənin rəhbəri:

Əli Seyidabbas oğlu Abbasov

Fəlsəfə elmləri doktoru

İşçilərin ümumi sayı:

17

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Azərbaycanda gender tədqiqatlarının sosial-fəlsəfi problemləri, Azərbaycan cəmiyyətini təmsil edən müxtəlif qrup və təşkilatlar arasında bu yeni istiqamətin təbliği və öyrədilməsi.
Struktur bölmənin əsas elmi nəticələri:

Mövcud olduğu 6 il ərzində şöbə xeyli uğura "imza atıb": Respublikada ilk, öz ənənəsi, yolu olan Azərbaycan Gender Tədqiqatları Məktəbi yaradılıb; şöbə fəlsəfənin yeni istiqamətləri və gender problemləriylə bağlı onlarla konfrans, dəyirmi masa, müxtəlif mövzularda seminar-treninqlər (1998, 12 fevral tarixdə BMT "Gender İnkişafda" qurumuyla birlikdə Azərbaycanda genderlə bağlı ilk elmi-praktik konfrans – "Gender: qadın probleminin yeni mərhələsi" təşkil olunub) keçirib; Respublikada genderlə bağlı ilk Beynəlxalq jurnal – "Genderşünaslıq" (Azərbaycan və ingilis dillərində) elmi-populyar jurnalı təsis olunub və 4 sayı işıq üzü görüb (yeri gəlmişkən, arzu edənlər İnstitutun saytında onlarla tanış ola bilər); görülən işlər, əldə olunmuş nəticələr ümumiləşdirilərək genderlə bağlı iki dərslik (Ə.Abasov, R.Mirzəzadə. "Gender tədqiqatları". Bakı, 1998; Ə.Abasov, R.Mirzəzadə. "Genderə giriş". Bakı, 2004) hazırlanıb; Gender Kitabxanası yaradılaraq, bu seriyadan 17 kitab nəşr edilib.
Şöbənin mühüm elmi nəşrlərinə "Genderşünaslıq" jurnalının 4 sayını, Gender Kitabxanası seriyasından: "Gender tədqiqatları". Bakı, 2000; "Azərbaycanda gender tədqiqatları". Bakı, 2002; "Müasir dövrdə fəlsəfənin yeni istiqamətləri və genderin sosial fəlsəfi problemləri". Bakı, 2002; "Gender. Mədəniyyət". Bakı, 2003; "Azərbaycanın bədii-ictimai fikrində qadın məsələsi. Gender müntəxəba-tı". Bakı, 2004; "Seçki və Gender". Bakı, 2004; "Təhsil və Gender". Bakı, 2004 kitablarını, eləcə də şöbə əməkdaşlarının əsərlərini aid etmək olar.