| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri
Təvəllüdü: 19.10.1932
Təhsili: Sankt-Peterburq Texniki Universiteti,  fiziki-elektironika
Elmi dərəcəsi: Fizika-riyaziyyal elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.04.10 - Yarımkeçiricilər və dielektriklər fizikası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 96
Xaricdə çıxmış elmi əsərlərin sayı: 51
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 17
Əsas elmi nailiyyətləri:
  • İlk dəfə selendə elektron paramaqnit rezonansı (EPR) müşahidə edilmiş və onun mənsəyi müəyyənləşdirilmişdir. Paramaqnit mərkəzlərin əmələ gəlmə və parçalanma mexanizmi öyrənilmiş, onun termodinamik izahı verilmişdir.

  • İlk dəfə selendə ~10-4 sm ölçülü üstmolekulyar spontan qurumların olduğu göstərilmişdir. Maye (amort) fazanın sturuktur mobeli təklif edilmiş və bunun əsasında paramaqnit mərkəzlərin yaranması, kristallaşma, maye haldan triqonal modtfikasiyanın monokristalların böyüməsi, elektiron baryerlərinin yaranması, fiziki xassələrin aşqarların konsentrasiyasından ekstremal aslılığı mexanizmləri və selenin digər spesifik xüsusiyyətlərini və vahid nöqteyi nəzərdən izah etmək mümkün olmuşdur.

  • İlk dəfə selen üçün xarakteristik temperatur aşkar edilmiş (Ѳ=470±20°C) və göstərilmişdir ki, bundan yuxarı temperaturda molekulların zəncirvari quruluşu dağılır və ərintinin fiziki xassələri (özlülük, elektrik keçiriciliyi, paramaqnetizm və s. ) kəskin dəyişir.

  • Maye selenin struktur və xassələrinin temperatur və zamanla dəyişilməsində korrelyasiya müəyyən edilmişdir. Maye selenin elektrik keçiricidliyi, strukturun temperaturla dəyişməsi nəzərə alınmaqla, Mott-Koen modeli əsasında təhlil edilmiş və göstərilmişdir ki, T<Ѳ-ya qədər keçiricilik aşqar mənşəlidir və lokrlizə səviyyələrlə sıçrayış mexanizmi ilə baş verir, T>Ѳ halında isə məxsusi keçiricilik başlanır və o, diffuziya mexanizmidir.

  • İlk dəfə selenin struktur yaddaşının mənşəyi aşqar edilmişdir. Müəyyən edilmişdir ki, maye selenin termik işləmə rejimindən asılı olaraq strukturunda həm dönən, həm də dönməyən dəyişikliklər baş verir. Maye seleni müəyyən Tl  temperaturunda izotermik şəraitdə saxladıqda bu dəyişikliklər strukturun Tl≥ 3 saat ərzində stabilləşməsilə nətiçələnir və yaranan struktur Tl-dən yüksək  temperaturda termik işlənmə nəticəsində dəyişdirilə bilər.

  • İlk dəfə selenin  T≥Ѳ -dan kritik soyuma sür'əti (Vo=1K/san), müəyyən edilmişdir, soyuma sürəti bundan yüksək olduqda struktur-relaksasiya prosesləri tamamlanır və amorf fazanın strukturu soyuma sürəti ilə müəyyənləşdirilir. Göstərilmişdir ki, termik işləmə rejimi  aşqarların vəziyyətini və üstmolekulyar strukturu dəyişməklə, selenin xassələrinə kəskin təsir edir.

  • İlk dəfə selenin polimer materiallarda bir sıra əsas aşqarların donor-akseptor qarşılıqlı təsirinin mexanizmi öyrənilmiş, oksigenin, halloidlərin, manqanın və talliumun vəziyyəti və onun ionlarının selendə yürüklüyü müəyyən edilmişdir.

  • İlk dəfə maye selenin elektrik keçiriciliyinin  temperaturdan asılılığında müşahidə olunan histerezis hadisələri strukturun formalaşmasının natamamlığı ilə izah edilmişdir. Göstərilmişdir ki, keçiriciliyin temperaturdan dönən asılı maye selenin strukturunun stabilləşməsindən sonra təmin olunur.

  • Selendə donor-akseptor qarşılıqlı təsirinin müşahidəsi, onun mənşəyinin müəyyən edilməsi selenin tədqiqində yeni sahənin yaranmasına səbəb olmuşdur. Bu sahədə atomlar arasında yük mübadiləsi nətiçəsində onların vəziyyətinin dəyişməsinə əsaslanır. (alternativ əlaqə və D°, D+,D- mərkəzlər)

  • 16 SSRİ müəlliflik şəhadətnaməsi və 1 AR patenti təsdiq edilmiş selen və onun birləşmələri əsasında bir sıra yeni elektrofotoqrafik laylar alınmışdır. Nəticələrin bəziləri selen elektrofotoqrafik laylarının istehsalında tətbiq olunmuşdur (ï/ÿ Ã-4602; ÃÏÎ "Îðãòåõíèêà" ÌÏÑÀ è ÑÓ ÑÑÑÐ).

Selenin molekulyar və üstmolekulyar strukturunun və xassələrinin formalaşmasının əsas qanunauyğunluqları aşkar edilmiş, selen və onun birləşmələri əsasında yeni elektrofotoqrafiya layları yaradılmışdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 3
elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1.  ESR Study of the Behavior of Oxygen in Selenium. (Phys. Stat. Sol., 1966, v.16, p.k 113
  2. Investigation of the charge Transfer State in Selenium by the ESR method. (Phys. of Selenium and Tellurium, Pergamon Press, N-Y, 196, p.321
  3. Dissociation of paramagnetic centers in Selenium. (Soviet Physics-Semiconductors, 1970, v.4, N1, p.76)

  4. Electrophotographic characteristics of Layers of amorphous Selenium on substrates with different thickness of oxide barrier film. (Thin Solid Films, 1991, v.196, p.L1)

  5. Electrophotographic layers of trigonal Selenium in the binder obtained by reduction of SeO2 by hydrazine. (Thin Solid Films, 2000, v.359, p.125)

İş yeri və ünvanı: AMEA-nın Fizika İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 33
Vəzifəsi: Laboratoriya rəhbəri
Xidməti tel.: (994 12) 4394151
Ev tel.: (994 12) 4693696
Faks: (994 12) 4395961
Elektron poçtu: physic@lan.ab.az

 

 

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az