| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Qazax rayonunun Aslanbəyli kəndi |
![]() |
|
| Təvəllüdü: | 02.06.1950 | ||
| Təhsili: | Azərbaycan Dövlət Pedaqoji Universiteti, fizika fakültəsi | ||
| Elmi dərəcəsi: | Fizika-riyaziyyat elmləri doktoru | ||
| Elmi rütbəsi: | |||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 01.04.07 – Kondensə olunmuş hal fizikası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 100 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 70 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 3 | ||
| Əsas elmi nailiyyətləri: |
Dünyada ilk dəfə mürəkkəb sistem olan yarımkeçirici-metal evtektik kompozisiyalarında həm klassik, həm də kvant elektron proseslərinin mexanizmlərini aydınlaşdıraraq, kondensə olunmuş hal fizikası elmində yeni istiqamət yaratmış və aşağıdakı mühüm nəticələri almışdır: İlk dəfə yarimkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozrfson effekti tapılmışdır. Bu nəticə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə 1987-ci ildə təbiət və ictimai elmlər sahəsində Sovet elminin mühüm nəticələri sırasına daxil edilib (çap olunub: ДАН СССР) . İlk dəfə yarimkeçirici-metal evtektik kompozisiyalarda klassik və kvant perkolyasiya hadisələri tapılmış və onların mexanizmləri aydınlaşdırılmışdır (çap olunub: ЖЭТФ): İlk dəfə yarimkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda ifrat cərəyanın axması modeli yaradılmışdır (çap olunub: ДАН СССР, ЖЭТФ, Письма в ЖТФ). İlk dəfə diskret, sonlu və sonsuz Cozefson klasterlərinin fəza və energetik modelləri yaradılmışdır (çap olunub: ДАН СССР, ЖЭТФ, Письма в ЖТФ, Неорганические материалы). İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyaları əsasında orijinal tenzorezistorlar yaradılmış, onların parametrlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirilmişdir (çap olunub: Письма в ЖТФ, авторские свидетельства СССР). İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyalarında klassik və kvant effektlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirilmişdir (cap olunub: ФТП, Неорганические материалы, ДАН СССР, ЖЭТФ, Письма в ЖТФ və s.). İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyalarda yeni model yaradılmış, yükdaşıyıcıların anomal temperatur asılılıqlarını izah edən düstur tapılmışdır (çap olunub: Неорганические материалы). İlk dəfə yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozefson effektinin parametrlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirilmişdir (çap olunub: Письма в ЖТФ, Альтернативная энергетика и экология). İlk dəfə yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozefson şüalanmasının, Cozefson zəif əlaqələrinin və klasterlərinin ümumi sayını tapmağa imkan verən düstur tapılmışdır (çap olunub: Письма в ЖТФ, Альтернативная энергетика и экология). Hidrogenləşdirilmiş silisium-germanium amorf bərk məhlulları əsasında yaradılmış strukturların Günəş elementləri üçün yararlı olduğu müəyyənləşdirilmişdir (çap olunub: Альтернатиная энергетика и экология, Неорганические материалы, Журнал прикладной спектроскопии, Прикладная Физика и т.д. ). |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 2 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: |
Avropa Təbiət Elmləri Akademiyasının akademiki (Almaniya), Avropa Təbiət Elmləri Akademiyasının Alternativ Energetika və Ekologiya Bölməsi sədrinin müavini (Almaniya), Beynəlxalq Alternativ Energetika və ekologiya elmi jurnalının Redaksiya Kollegiyasının üzvü (Rusiya), Beynəlxalq Alternativ Energetika və Ekologiya elmi jurnalının Baş Redaktorunun müavini (Rusiya). |
||
| Təltif və mükafatları: |
Avropa Təbiət Elmləri Akademiyasının Rentgen medalı ilə təltif olunub (Almaniya) |
||
| İş yeri və ünvanı: | AMEA-nın Fizika İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 33 | ||
| Vəzifəsi: |
Aparıçı elmi işçi |
||
| Ev tel.: | (994 12) 5630574 | ||
| Mob. tel: | (994 55) 6613206 | ||
| E-mail: | gudrat@physics.ab.az | ||

