az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Fizika İnstitutuİnfraqırmızı fotoelektronika və plazma hadisələri laboratoriyası

Tel.:

(994 12) 5394336

Faks:

(994 12) 5395961

Email:

samusaev@mail.az

Struktur bölmənin rəhbəri:

Emil Kamil oğlu Hüseynov
Fizika-riyaziyyat elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

24

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Darzolaqlı yarımkeçirici materiallar əsasında (SnSb, CdxHg1-xTe, Pb1-xSnxTe və s.) spektrin İQ diapazonunda (3-5 mkm və 8-14 mkm) işləyən yüksəkeffektli fotoqəbuledicilər və fotoqəbuledici qurğuların hesablanması üçün texnoloji proseslərin elmi əsaslarının işlənməsi, həmin materiallar əsasında alınmış quruluşların fotoelektrik xassələrinin tədqiqatı.

Struktur bölmənin əsas elmi nəticələri:
  1. Spektrin İQ diapazon üçün yüksək həssaslıqlı fotoqəbuledicilərin hesablanması üçün müasir texnoloji və tədqiqat bazası yaradılmışdır.

  2. Mülki və xüsusi əhəmiyyətli spektrin 3-5 mkm və 8-14 mkm diapazonunda CdxHg1-xTe və SnSb əsasında müxtəlif tipli fotoqəbuledicilər və çoxelementli kiçik ölçülü matris quruluşların hazırlanması texnologiyası işlənmiş və cihazlar hazırlanmışdır.