-
Yüksəkgərginlikli şəbəkələrin və
texniki avadanlıqların ifrat gərginliklərdən və qısa qapanma
cərəyanlarından müasir mühafizə üsullari işlənmiş və praktikada tətbiq
edilmişdir;
-
Guclü elektrik sahələri və
gazboşalmalarının təsirlərinə məruz qalan dielektrik materiallarda baş
verən elektrofiziki proseslərin yeni qanunauyğunluqları müəyyən
edilmişdir.
-
Polimerlər və pyezokeramika, fotoyarımkeçirici, maqnetiklər əsasında alınmış kompozitlərin elektrik və mixanik dağılmalarının kinetik təbiəti müəyyən olunmuş, bu kompozisiyaların fotolüminessensiya, termolüminessensiya, maqnit və dielektrik xüsusiyyətləri öyrənilmiş və möhkəmlik xassələri ilə yük xalı arasında korrelyasiya müəyyən olunmuş, əlavənin miqdarından asılı olaraq möhkəmlik xassələrinin dəyişməsi tədqiq olunmuş və polimer kompozisiyaların optimal konsentrasiyaları tapılmışdır.
-
10 kV-luq ifrat gərginliklərin məhdudlaşdırıjı qurğusunun təjrübi nümunəsi işlənib hazırlanıbdır.
-
Rotor tipli maşın və mexanizmlərin yastıqlarının qusurlarını (defektlərini) onları açmadan vibroakustik diaqnostika üsulu hazırlanıbdır.
-
Polimer kompozisiyalar əsasında arterial nəbz dalğalarını qeyd edən cihaz yaradılmışdır.
-
Metalların qaz və metal qarışıqların element tərkibini kütlə-spektrometrik metodu ilə təyin etmək üçün qığılcım boşalmalı ion mənbəyi işlənmişdir. Kütlə-spektrometrin köməyi ilə bərk dielektriklərin, o
cümlədən polimerlərin səthindən qopan ionların yük tərkibi tədqiq olunmuşdur.
-
Dielektriklərin səthini bombardman edən güclü ion (atom) dəstəsi olmaq üçün qurğu işlənmişdir. Kütlə-spektrometrik metodu ilə bərk dielektriklərin qopan ikinci növ ionların nisbi çıxışın onların fiziki və kimyavi xassələrin təsiri öyrənilmişdir.