 |
Struktur
bölmənin əsas fəaliyyət istiqamətləri: |
-
Hibrid
və nanokompozitlər daxil olmaqla, aktiv kompozit
dielektriklərin hazırlanmasının fiziki-kimyəvi
əsaslarının işlənməsi;
-
Müxtəlif polimerlər,
seqnetopyezoelektrik və yarımkeçiricilər əsasındakı
kompozitlərdə elektret, piro-, pyezo-,
fotoelektrik, fotovoltaik,
elektro- və termolyuminessent,
pyezorezistiv, varistor,
pozistor və s. effektlərin mexanizmlərinin
öyrənilməsi;
-
Yuxarıda
adları çəkilən kompozitlər əsasında çoxfunksiyalı çeviricilərin
hazırlanmasının fiziki əsaslarının
işlənməsi;
-
Dielektriklərdə
qazboşalmasının fizikasının tədqiqi və texnoloji məqsədlər üçün
qazboşalmasından istifadə edilməsi;
-
Müxtəlif
şəraitlərdə, kriogen temperaturlar da daxil olmaqla, qazboşalması
plazmasının polimer dielektriklərin fiziki-mexaniki,
elektrik xassələrinə təsiri.
|
 |
Struktur bölmənin əsas elmi nəticələri: |
Laboratoriyada
kompozitlərin mexaniki, elektro-, termolyuminessent,
elektro-, istilik xassələri, sərhəd polyarizasiya
prosesləri, elektron-ion və relaksasiya prosesləri,
fazalararası hadisələr və yük halı kompleks tədqiq edilir.
Polimer-, pyezoelektrik və polimer-
yarımkeçirici kimi nizamsız sistemlərdə piro-, pyezo-elektrik,
elektret, varistor, pozistor,
pyezorezistiv, fotoelektrik,
fotovoltaik, elektro-fotoxrom
və s. effektlərin formalaşma mexanizmləri müəyyən edilmişdir.
Pyezokeramika əsasındakı kompozitlərin
piro-elektrik xassələrinin tədqiqi ilə müəyyən
edilmişdir ki, piro-elektrik
effektinin formalaşmasının
səbəbi fazalararası sərhədə injeksiya olunmuş yüklərin elektrik
sahəsinin təsiri altında pyezo-elektrik fazadə
yüksək reoriyentasiya polyarizasiyasıdır. Müəyyən edilmişdir
ki, 180◦-dən
fərqli domen- oriyentasiya polyarizasiyasına və romboedrik struktura malik
pyezokeramikalar piro-elektrik
kompozitlərüçün effektiv komponentdir.
Kompozitlərin elektret tədqiqi ilə müəyyən
edilmişdir ki, kompozitlərdə elektret
effektinin yaranma səbəbi polimer
fazanın ifrat molekulyar quruluşunun dəyişməsi deyil
polyarizasiya nəticəsində kompozitdə injeksiya olunmuş elektron
və pyezohissəcikdə sahə istiqamətində oriyentasiya
olunmuş domen tipli kvaziyentra sistemin yaranmasıdır. Polimer
pyezo-elektrik kompozitlərdə effektiv
elektret yükü və elektret
potensiallar fərqinin temperatur və elektrik
sahəsinin gərginliyindən asılı olaraq dəyişməsinin mexanizmləri
verilmişdir.
Müəyyən edilmişdir ki, romboedrik keramika əsasında
alınmış kompozitlər elektret xassələrinə görə
tetraqonal keramikalı kompozitlərə nisbətən daha effektivdir. Elektret
kompozitlərin modeli təklif edilmişdir və bu model əsasında qeyri-polyar polimerləri
pyezo-elektrik hissəciklərdə disperqasiya etdikdən
sonra onlarda elektret xassələrinin yaranma
mexanizmi izah olunur.
Müəyyən edilmişdir ki, qeyri-polyar (polioleginlər)
və polyar (ftorkarbon tərkibli) polimerləri yarımkeçirici və pyezo-hissəciklərdə
disperqasiya etdikdə onlar əsasındakı kompozitlərdə pozistor və vazistor
effektlərinin yaradılmasına səbəb olur ki, bu da fazalararası sərhəddə
potensial baryerin yaranması və temperatur və elektrik
sahələrinin təsiri ilə onun dəyişməsi ilə izah olunur. Müəyyən
edilmişdir ki, polimer matrisanın strukturu (polyarlığı,
ifrat molekulyar quruluşu), dielektrik nüfuzluğu və ərimə temperaturunda
həmçinin artması polimer - yarımkeçirici kompozitlərin varistor və
pozistor xassələrinə xeyli təsir edir ki, bu da polimer- yarımkeçirici
sərhəddində potensial baryerin bu kəmiyyətlərdən bilavasitə asılılığı ilə
izah olunur.
Effektiv kompozit pozitor və varistor materialların alınma metod və
texnologiyaları iştənilib hazirlanmımdır.
Kompozit polimer elementlər əsasında elektroakustik çeviricilər, akustik
elektronika cihazları, hidro-akustik qəbuledici-verici antennalar,
opto-akustik çeviricilər, Korotkov tov çeviriciləri, vibro- və
seysmoçeviricilər,statik və dinamik təzyiq çeviriciləri
işlənib hazırlanmışdır ki, bunların çoxu müxtəlif
nazirliklərin zavod və müəssisələrində tətbiq olunmuşdur.
|