az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Fizika İnstitutuQuruluş və quruluş-çevrilmələri laboratoriyası

Tel.:

(994 12) 5392135

Struktur bölmənin rəhbəri:

Yusif Qəzənfər oğlu Əsədov
Fizika-riyaziyyat elmləri doktoru, professor

İşçilərin ümumi sayı: 

8

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Binar, üçqat və mürəkkəb xalkogenid birləşmələrinin sintezi, monokristallarının göyərdilməsi,  kristal quruluşunun təyini və onlarda baş verən faza keçidlərinin mexanizminin tədqiqi.

Struktur bölmənin əsas elmi nəticələri: 

İlk dəfə olaraq göstərilmişdir ki, metallik, kovalent, ion və Van-der-Vaals kimyəvi əlaqə növlərindən asılı olmayaraq faza keçidi prosesində, yəni bir kristal quruluşun başqa kristal quruluşa keçidi prosesində yeni fazanın kristal rüşeyminin yaranması birinci kristalın hesabına olub, buxar və mayedən kristal böyüməsi halında olduğu kimi, müstəvi üzvi, laylı, ritmik, dendrit və elastik böyümə şəklində müşahidə olunur.