az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5397479

Faks:

(994 12) 5395961

Email:

mamedov-tofig@azdata.nel

Struktur bölmənin rəhbəri:

Tofiq Qambay oğlu Məmmədov
Fizika-riyaziyyat elmləri doktoru, baş elmi işci

İşçilərin ümumi sayı:

19

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Optoelektronikada istifadə etmək məqsədilə yüksək anizotrop yarımkeçiricilərin elektron və rəqsi spektrlərinin və onlara xarici təsirlərin öyrənilmısi.

Struktur bölmənin əsas elmi nəticələri:

A3B6 tipli (GaSe, TlSe və s.) və A3B3C6z tipli (TlİnS2, TlİnSe2 və s.) yüksək anizotrop kristallarin elektro və rəqsi spektrlərinin xüsusiyyətləri və onların temperatur, təzyiq və yüksək səviyyəli optik həyəcanlanmadan asılılığı müəyyən edilmişdir. Yeni laylı kristallik strukturali yarımkeçirici-seqnetoelektrik birləşmələr sinfinin fiziki xassələri və bu xassələrə təzyiq temperatur faza kecidlərinin təsiri öyrənilmişdir. İnfraqırmızı şüalanmanin qeyrixətti optik çeviriciləri, yüksək həssaslıqlı ultrabənövşəyi qəbuledicilər, optik şüa modulyatorları və deflektorları və s. yaradılmışdır.