| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Ünvan:

AZ1100, Azərbaycan Respublikası, Bakı ş., Şərifzadə küç., 2

Tel.:

(994 12) 4321520, (994 12) 4323922

Email:

inphys@dcacs.ab.az

Direktor:

Telman Məmmədəli oğlu Ağayev
Biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Tel.: (994 12) 4321520 Email: inphys@dcacs.ab.az

Direktor müavinləri:

Afiq Qurbanəli oğlu Qazıyev
Elmi işlər üzrə müavin
Biologiya elmləri namizədi, baş elmi işçi
Tel.: (994 12) 4326768 Email: inphys@dcacs.ab.az

Fərhad Fərhad oğlu Paşayev
Təsərrüfat işləri üzrə müavin
Tel.: (994 12) 4323421 

Elmi katib:

Zemfira Fuad qızı Cəfərova
Biologiya elmləri namizədi
Tel.: (994 12) 4323747 

Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Orqanizmin inkişafının ekoloqo-fizioloji və biokimyəvi əsasları, şərti reflektor fəaliyyəti, analizator funksiyaların neyrofizioloji və neyrokimyəvi mexanizmləri, insan orqanizminin inkişafının və qocalmasının psixofizioloji və neyroendokrin qanunauyğunluqları

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Mərkəzi sinir sisteminin analizator funksiyalarının neyrokimyəvi və neyrofizioloji qanunauyğunluqları ortogenetik inkişaf zamanı araşdırılmış və tə'yin edilmişdir ki, itirilmiş funksiyaların bərpa olunmasında "qlütamin turşu sistemi" xüsusi əhəmiyyət kəsb edir, ekoloji və əlverişsiz faktorların tə'sirindən sonra individual inkişafın bir sıra xüsusiyyətləri müəyyən edilmişdir. Ətraf mühitin çirklənməsi şəraitində balıqların çoxaldılmasının fizioloji xarakteristikası öyrənilmişdir.

Təşkilatın tarixi haqqında qısa məlumat:

AMEA-nın A.İ.Qarayev adına Fizioloji İnstitutu 1952-ci ildə Elmlər Akademiyasının Zoologiya İnstitutu nəzdində sərbəst elmi sektor kimi yaradılmışdır. 1969-cu ildə ona Elmlər Akademiyasının sərbəst Elmi Tədqiqat İnstitutu statusu verilmişdir. Onun ilk direktoru akademik Abdulla İsmayıl oğlu Qarayev olmuşdur. Hazırda İnstitut onun adını daşıyır.

Təşkilatın işçilərinin ümumi sayı:

318

Təşkilatın struktur bölmələri:

Ekoloji fiziologiya və biokimya şöbəsi

Müqayisəli və yaş neyrokimyası laboratoriyası

Tənzimləyicilər və metobolik uyğunlaşma yaradıcı qrupu

Analizatorların müqayisəli və yaş fiziologiyası laboratoriyası

Ekoloji fiziologiya və toksikologiya laboratoriyası

Hüceyrə metobolizminin biofizikası laboratoriyası

Biomimetik sensorlar yaradıcı qrupu

Xətti heyvanların çoxalması fiziologiyası

Neyrofiziologiya şöbəsi

Funksional sitokimya laboratoriyası

Sinir hüceyrəsinin energetik mübadilə fermentləri yaradıcı qrupu

Təlimin neyrofiziologiyası laboratoriyası

Görmə analizatorunun neyrofiziologiyası laboratoriyası

İnsanın həyat fəaliyyətinin fizioloji əsasları şöbəsi

Kliniki neyrofiziologiya laboratoriyası

Uzunömürlülüyün fiziologiyası laboratoriyası

Fizioloji aktiv maddələrin farmakologiyası laboratoriyası

Eksperimental neyroendokrinologiya yaradıcı qrupu

Elmi-texniki informasiya, tətbiq və patent lisenziya işi şöbəsi

 

Elmlər doktorları

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az