az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(99412) 4323935

Struktur bölmənin rəhbəri:

Müseyib Həşim oğlu Əliyev
Biologiya elmləri doktoru, professor, Beynəlxalq Ekoloji-energetik Akademiyasının akademiki

İşçilərin ümumi sayı:

5

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Reproduktiv sistemin fiziologiyası və patalogiyası. Ana südünün komponentlərinin körpənin fiziki, reproduktiv və intellektual inkişafındakı rolunu öyrənməsi; ana südündən məhrum olmuş körpələrin iri yaş dövrlərində sinir, endokrin, immun, ifrazat və reproduktiv sistemlərində baş verən xəstəliklərin patogenetik mexanizmlərini araşdırmaq, müvafiq profilaktiki tövsiyələri elmi cəhətdən əsaslandırmaq.

Struktur bölmənin əsas elmi nəticələri:

Son illərdə ana südündən məhrum  olmuş körpələrdə iri yaşlarda şəkərli diabet və endokrin sonsuzluğu kimi xəstəliklərə tutulmasının neyrokimyəvi immunoloji, patomorfoloji mexanizmləri işlənib. Körpəli qadınlarda süd azlığının neyroendokrinoloji mexanizmləri öyrənilib yüksək effektli müalicə üsulları elmi cəşətdən əsaslandırılıb və beynəlxalq miqyasda.tətbiq olunur. Yod catışmamazlığının qızların fiziki, reproduktiv və intellektual inkişafına təsiri öyrənilib.