az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar A.İ.Qarayev adına Fiziologiya InstitutuFizioloji aktiv maddələrin farmakologiyası laboratoriyası

Tel.:

(994 12) 4323387

Struktur bölmənin rəhbəri:

Raufbəy Abugül oğlu Babayev
Biologiya elmləri namizədi, baş elmi işçi

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Təbii və sintetik mənşəli fizioloji aktiv maddələrin spesifik və farmakoloji tədqiq, eləcə də yeni yüksək keyfiyyətli radioprotektor antioksidantların aydınlaşdırılması və tətbiqi. Öyrənilmiş preparatların klinikadan əvvəlki tədqiqi və onların praktiki təbabətdə istifadə edilməsi üçün tövsiyələrin işlənməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

Laboratoriyada şüa yanıqlarına qarşı "Parizol- 0,02%" aerozolunun klinikadan əvvəlki tədqiqi və farmakodinamikası aparılıb. Zəfəran gövdəsindən alınan "Şafranol" ekstraktının 1%- li məhlulunun gözün torlu qişasının müalicəsində yüksək effektivliyi öyrənilib. Biyan kökü ekstraktı (patent №20010145), süpürgəşəkilli yovşanın lipotfil fraksiyaları və PABT (paramın benzoy turşusu) kimi bir qrup radiomüdafiə preparatlarının müxtəlif dozalı şüalanmada təsiri öyrənilib. Çaytikanından alınan flavanoidlərin kardiotonik təsiri müəyyən edilib. I və II dərəcəli yanıqlar zamanı biojenşenin duru və qatı məlhəminin regenerativ təsiri öyrənilib.