az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 4323387

Struktur bölmənin rəhbəri:

Faxrəddin Bəhmən oğlu Əsgərov
Biologiya elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

12

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

MSS-də qida və su motivasiyası zamanı adaptasion-kompensator reaksiyaların morfokimyəvi subhüceyrə və ultrastruktur əsasları öyrənilmişdir. Müxtəlif yaş dövrlərində proteinsiz qidalanmanın şərti reflektor davranışa təsiri və yaddaş proseslərinin hüceyrəvi və biokimyəvi mexanizmlərinin əsasları öyrənilir.

Struktur bölmənin əsas elmi nəticələri:

Hipotalamusun nüvələri və beyin qabığının inteqrativ şöbələrində hüceyrə, subhüceyrə və ultrastruktur səviyyədə AXE, MAO, katexolaminlərin, peptid-hidrolazaların, fosfotaza fermentlərinin qida və su motivasiyası zamanı mərkəzi sinir sistemində adaptasion-kompensator reaksiyaların yaranmasında rolu öyrənilmişdir. Sübut olunmuşdur ki, nisbətən cavan heyvanlarda bir aylıq proteinsiz qidalanma anadangəlmə və qazanılmış özünü qoruma reflekslərini gücləndirir.