az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarA.İ.Qarayev adına Fiziologiya InstitutuAnalizatorların müqayisəli və yaş fiziologiyası laboratoriyası

Tel.:

(994 12) 4323900

Email:

inphyz@dcacs.ab.az

Struktur bölmənin rəhbəri:

Atiq Qurbanəli oğlu Qazıyev
Biologiya elmləri namizədi, baş elmi işçi

İşçilərin ümumi sayı:

20

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Prenatal və postnatal ontogenezin müxtəlif mərhələlərində inkişafda olan orqanizmin funksional sistemlərinin formalaşma və fəaliyyət qanunauyğunluqları və ekstremal şəraitin bu proseslərdə əhəmiyyətinin araşdırılması.

Struktur bölmənin əsas elmi nəticələri:

Ontogenetik inkişafın, prenatal mərhələsində kritik dövrlərdə mərkəzi sinir sisteminin analizator fəaliyyətinin formalaşma dinamikasının neyrofizioloji və funksional xüsusiyyətləri öyrənilmiş, baş beyin qabığı tormozlayıcı sinir hüceyrələrinin funksional hazırlıq (yetişkənlik) müddəti təyin edilmiş, prenatal inkişafı hipoksiya və hipokineziya şəraitində keçirilmiş yeni doğulmuş heyvan balalarında davranış və funksional pozuntuların dərinliyi aşkarlanmışdır. Göstərilmişdir ki, bu faktorlar müasir həyat tərzinin ekstremal faktoru kimi inkişafda olan orqanizmlərdə ciddi dizfunksiyalara səbəb olurlar.