| Ünvan: | AZ5004, Azərbaycan Respublikası, Sumqayıt ş., S.Vurğun,124 | |
| Tel.: | (994 18) 6420075, (994 12) 4976038 | |
| Faks: | (994 18) 6420400 | |
| Direktor: | Abasqulu Məmməd oğlu
Quliyev Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Tel.: (994 18) 6422493 Faks: (994 18) 6420400 E-mail: ipoma@science.az, abasgulu@yandex.ru |
|
| Direktor müavinləri: | Valeh Cabbar
oğlu Cəfərov |
|
| Elmi katib: | Şamı Fərzəli
oğlu Sadıqov Kimya elmləri namizədi Tel.: (994 18) 6440468 Faks: (994 18) 6420400 E-mail: ipoma@science.az |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Xüsusi təyinatlı funksional oliqomerlərin, polimerlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması; funksional monomerlərin, polimerlə əlavələrin – modifikatorların, antipirenlərin, stabilizatorların və digər köməkçi maddələrin sintez üsullarının işlənib hazırlanması; dəyərli istismar xassələrinə malik müxtəlif təyinatlı kompozision materialların, doldurulmuş sistemlərin, polimer-oliqomer və polimer-polimer qarışıqların yaradılması, ekoloji problemlərin, o cümlədən kimya sənayesi tullantılarının kompleks emal üsullarının işlənib hazırlanması. |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | Yeni funksional monomerlərin və polimerlərin sintezinin elmi prinsipləri işlənib hazırlanmış, elmtutumlu sahələrdə istifadə olunan polimer rezistlər, yarımkeçiricilər, antioksidantlar və s. yaradılmış, reaksiya qabiliyyətli yeni funksional oliqomerlərin alınma üsulları işlənib hazırlanmış, onların əsasında müxtəlif təyinatlı örtük əmələgətirici materiallar yaradılmış; funksional birləşmələrin məqsədyönlü sintez üsulları işlənib hazırlanmış, optiki və bioloji aktiv preparatlar, səthi aktiv maddələr və korroziyaya qarşı inhibitorlar yaradılmışdır. Bunlarla yanaşı sənayedə istehsal olunan polimerlər əsasında doldurulmuş kompozision materialların polimer-oliqomer, polimer-polimer qarışıqlarının yaradılmasının ümumi prinsipləri müəyyənləşdirilmiş; effektli əlavə kimi yararlı olan yeni plastifikatorların, stabilizatorların, modifikatorların, antipirenlərin, appretlərin və s. sintez üsulları işlənib hazırlanmışdır. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci illərdə Azərbaycan EA Neft-kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan EA-nın Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA-nın Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək İnstitutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.A.Əfəndiyev olmuşdur. Hal-hazırda isə İnstitutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyevdir. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 262 | |
| Təşkilatın struktur bölmələri: |
Monomerlərin və polimerlərin stereokimyası laboratoriyası Kapsulaəmələgətirən polimerlər laboratoriyası Funksional polimerlər laboratoriyası Reaksiyaqabiliyyətli polimerlər və oliqomerlər laboratoriyası Yüksək doymamış birləşmələr laboratoriyası Heterotsiklik birləşmələr laboratoriyası Doymamış poliefirlər laboratoriyası Polimer örtüklərlə metalların korroziyadan mühafizəsi laboratoriyası İşığa həssas polimerlər laboratoriyası Müntəzəm quruluşlu polimerlər laboratoriyası Ekologiya və texnologiya problemləri laboratoriyası Polimer qarışıqları laboratoriyası Polikondensləşmə laboratoriyası Poliolefinlərin kimyəvi modifikasiyası laboratoriyası Polimerlərə kimyəvi əlavələr laboratoriyası Suda həll olan polimerlər laboratoriyası Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi Kompyuter qrupu
|
|

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011