az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan ş.
Təvəllüdü: 13.04.1940
Təhsili: Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya-biologiya
Elmi dərəcəsi: Kimya  elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.03 - Üzvi kimya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 167
Xaricdə çıxmış elmi əsərlərin sayı: 32
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 33 m.ş., 9 patent
Əsas elmi nailiyyətləri:

Karbon turşularının xloranhidridlərinin allil tipli doymamış birləşmələrə elektrofil birləşməsinin sintezinə aid Kondakov reaksiyasının modifikasiya olunmuş variantı təklif olunmuşdur. Sintez olunmuş polifunksional ketonların konfiqurasiya, konformasiyası müəyyən olunmuş və onların konkret quruluşundan və nukleofil reagentlərin təbiətindən asılı olaraq reaksiya girmə qabiliyyətləri öyrənilmişdir. Bir sıra təbii bioloji fəal birləşmələrin, o cümlədən pirrol, izoksazol, nikotin turşusu, pirazol, pirrolopiridin sırası törəmələrinin alınmasının effektli üsulları işlənib hazırlanmış və məqsədyönlü çevrilmələri aparılmışdır. Azərbaycan Respublikasında bitən şirin biyanın tərkibindəki qlisirrizin turşusunun selektiv çıxarılması üsulu işlənib hazırlanmış və onun əsasında qlisirrizin turşusunun bir sıra yeni, ədəbiyyatda məlum olmayan amin duzları alınmışdır. Bu maddələrin antikoaqulyant, hipotenziv, adaptogen, funqisid, hipoksiya əleyhinə, antimikrob və s. aktivlikləri müəyyən edilmişdir. Antihipoksik və antiaqreqant fəallıq göstərən 2,6-dimetil-4-morfolinometilnikotin turşusunun etil efirinin bərk dərman forması hazırlanmış və sınaqdan keşirilmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 4
Əsas elmi əsərlərin adları:

1. Синтез и свойства 1-(2-бромэтил)-, 1-(2-алкоксиэтил)- и 1-(2-диалкиламиноэтил)-2-алкилпирролов. Гаджилы Р.А., Федосеев В.М., Наджафова Р.А., Джафаров В.Г. //ХГС. 1990. № 8. с.1047.

2. А.с. 515746. СССР. Способ получения эфиров 2-метил-4-хлорметилникотиновой кислоты или их солей. Ибрагимов И.И., Кост А.Н., Гаджилы Р.А., Алиев А.Г., Свиродова Л.Д. // Б.И. 1976. № 20

3. Новый синтез алкил­фуранов. Ибрагимов И.И., Гаджилы Р.А., Гусейнов М.М. //ХГС. 1973. №10. с. 1434.

4. Гаджилы Р.А., Алиев А.Г. Синтез и свойства 3-aлкил(арил)-5-хлорметилизоксазолов. //ЖОрХ. 2002. Т.38. Вып.3. с. 436.

5. Conversion of homochiral amines, β-amino alcohols and amino acids to their chiral 2-methylpyrrole derivatives. Demir A.S., Akhmedov İ.M, Tanyeli C., Gergek Z., Hajili R.A. //Tet. Asym. 1997. v.8. №5. p. 753.

6. Взаимодействие 2-галоген-3-хлорпропенилкетонов с этиловым эфиром β-аминокротоновой кислоты. Гаджилы Р.А., Алиев А.Г., Наджафова Р.А., Ибрагимов Р.И. //ХГС. 2005. №8. с. 1184.

7. Функционально замещенные ароматические   азометины, содержащие пиррольные и    карборановые фрагменты. Дикусар Е.А.,    Поткин В.И., Гаджилы Р.А., Нагиева Ш.Ф., Мамедова А.А., Бей М.П., Ювченко А.П. //ЖОрХ. 2010. Т.46. Вып.1. с. 59.
İş yeri və ünvanı:

AMEA-nın Polimer Materialları  İnstitutu, AZ1204, Azərbaycan Respublikası, Sumqayıt ş., S.Vurğun küç.,124

Vəzifəsi: Laboratoriya müdiri
Xidməti tel.:

(994 18) 6446645

Ev tel.:

(994 18) 6422124

Mobil tel.:

(994 55) 7061613

Faks:

(994 18) 6420400

Elektron poçtu: ipoma@science.az, hajili@pochta.ru