az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Polimer Materialları İnstitutu

Ünvan: AZ5004, Azərbaycan Respublikası, Sumqayıt ş., S.Vurğun,124
Tel.: (994 18) 6420075,  (994 12) 4976038
Faks: (994 18) 6420400
Direktor: Abasqulu Məmməd oğlu Quliyev
Kimya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
Tel.: (994 18) 6422493  Faks: (994 18) 6420400  E-mail: ipoma@science.az, abasgulu@yandex.ru
Direktor müavinləri:

Valeh Cabbar oğlu Cəfərov
Elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru
Tel.: (994 18) 6422373  Faks: (994 18) 6420400   E-mail: ipoma@science.az, valeh_ani@mail.ru

Elmi katib: Şamı Fərzəli oğlu Sadıqov
Kimya elmləri namizədi
Tel.: (994 18) 6440468  Faks: (994 18) 6420400   E-mail: ipoma@science.az
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

Xüsusi təyinatlı funksional oliqomerlərin, polimerlərin yaradılmasının elmi əsaslarının işlənib hazırlanması; funksional monomerlərin, polimerlə əlavələrin – modifikatorların, antipirenlərin, stabilizatorların və digər köməkçi maddələrin sintez üsullarının işlənib hazırlanması; dəyərli istismar xassələrinə malik müxtəlif təyinatlı kompozision materialların, doldurulmuş sistemlərin, polimer-oliqomer və polimer-polimer qarışıqların yaradılması, ekoloji problemlərin, o cümlədən kimya sənayesi tullantılarının kompleks emal üsullarının işlənib hazırlanması.

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

Yeni funksional monomerlərin və polimerlərin sintezinin elmi prinsipləri işlənib hazırlanmış, elmtutumlu sahələrdə istifadə olunan polimer rezistlər, yarımkeçiricilər, antioksidantlar və s. yaradılmış, reaksiya qabiliyyətli yeni funksional oliqomerlərin alınma üsulları işlənib hazırlanmış, onların əsasında müxtəlif təyinatlı örtük əmələgətirici materiallar yaradılmış; funksional birləşmələrin məqsədyönlü sintez üsulları işlənib hazırlanmış, optiki və bioloji aktiv preparatlar, səthi aktiv maddələr və korroziyaya qarşı inhibitorlar yaradılmışdır. Bunlarla yanaşı sənayedə istehsal olunan polimerlər əsasında doldurulmuş kompozision materialların polimer-oliqomer, polimer-polimer qarışıqlarının yaradılmasının ümumi prinsipləri müəyyənləşdirilmiş; effektli əlavə kimi yararlı olan yeni plastifikatorların, stabilizatorların, modifikatorların, antipirenlərin, appretlərin və s. sintez üsulları işlənib hazırlanmışdır.

Təşkilatın tarixi haqqında qısa məlumat:

İnstitut 1966-cı ildə yaradılmışdır. O, 1966-1978-ci illərdə Azərbaycan EA Neft-kimya Prosesləri İnstitutunun filialı kimi fəaliyyət göstərmiş və sonradan 1979-cu ildə Azərbaycan EA-nın Xlor Üzvi Sintez İnstitutuna çevrilmişdir. 1991-ci ildən indiyə qədər AMEA-nın Polimer Materialları İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun ilk direktoru (1966-1973) k.e.d., professor S.İ.Sadıqzadə olmuşdur. İnstituta 1973-1986-cı illərdə AMEA-nın müxbir üzvü, k.e.d., professor M.M.Hüseynov direktorluq etmişdir. 1987-ci ildən 2007-ci ilədək İnstitutun direktoru AMEA-nın həqiqi üzvü, k.e.d., professor A.Afəndiyev olmuşdur. Hal-hazırda isə İnstitutun direktoru AMEA-nın müxbir üzvü, k.e.d., professor A.M.Quliyevdir.

Təşkilatın işçilərinin ümumi sayı: 262
Təşkilatın struktur bölmələri:

Monomerlərin və polimerlərin stereokimyası laboratoriyası

Kapsulaəmələgətirən polimerlər laboratoriyası

Funksional polimerlər laboratoriyası

Reaksiyaqabiliyyətli polimerlər və oliqomerlər laboratoriyası

Yüksək doymamış birləşmələr laboratoriyası

Heterotsiklik birləşmələr laboratoriyası

Doymamış poliefirlər laboratoriyası

Polimer örtüklərlə metalların korroziyadan mühafizəsi laboratoriyası

İşığa həssas polimerlər laboratoriyası

Müntəzəm quruluşlu polimerlər laboratoriyası

Ekologiya və texnologiya problemləri laboratoriyası

Polimer qarışıqları laboratoriyası

Polikondensləşmə laboratoriyası

Poliolefinlərin kimyəvi modifikasiyası laboratoriyası

Polimerlərə kimyəvi əlavələr laboratoriyası

Suda həll olan polimerlər laboratoriyası

Elmi-texniki informasiya və patent tədqiqatları şöbəsi

Polimerlərin emalı qrupu

Kompyuter qrupu

 

 

 

Elmlər doktorları