| Tel.: | (994 18) 6420075, (994 12) 4976038 |
|
| Faks: | (994 18) 6420400 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: |
Abasqulu Məmməd oğlu Quliyev |
|
| İşçilərin ümumi sayı: | 5 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Tərkibində tsiklik qruplar saxlayan vinil monomerlərin sintezi, homo və birgə polimerləşməsi, funksional karbo- və hetero-zəncirli polimerlərin alınması, reaksiya mexanizmlərinin öyrənilməsi, sənaye polimerlərinin funksionlaşdırılması, kompozision materialların, o cümlədən nanokompozitlərin hazırlanması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Tsiklopropan tərkibli vinil monomerlərinin radikal homo və birgə polimerləşmə reaksiyasının elmi əsasları yaradılmış və bir sıra xüsusi təyinatlı funksional polimerlər alınmış, yüksək həssaslığa malik foto- və elektron rezistlər yaradılmış, alifatik doymuş və doymamış polisulfonların effektli alınma üsulları işlənib hazırlanmış, prosesin texnologiyası təklif olunmuş və alınan birgəpolimerlərin mikroelektronikada rezist materialları kimi yararlı olmaları göstərilmişdir. Sənayedə istehsal olunan oliqomerlərin və polimerlərin funksionallaşdırılması reaksiyaları tədqiq edilmiş və yüksək möhkəmliyə malik kompozisiya materialları, o cümlədə nanokompozitlər hazırlanmışdır. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011