| Tel.: | (994 18) 6420075 |
|
| Faks: | (994 18) 6420400 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: |
Kazım Qafar oğlu Quliyev |
|
| İşçilərin ümumi sayı: | 11 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | Funksionallaşdırılmış tsiklopropan fraqmenti saxlayan monomerlərin və onların əsasında işığahəssas və zərbəyə davamlı optiki xassələrə malik polimerlərin səmərəli sintez metodlarının işləib hazırlanması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Tsiklopropan həlqəsində yerləşmış funksional əvəzləyicilərin təbiətinin polimerləşmə prosesinin surətinə və sopolimerləşmədə isə sopolimerin tərkibinə təsiri aşkar edilmişdir. Müəyyən edilmişdir ki, tsiklopropan tərkibli monomerlərin donorla (stirolla) sopolimerləşmə reaksiyasında statistik quruluşlu, akseptor (malein anhidridi) ilə sopolimerləşməsi zamanı isə ekvimolyar tərkibli növbəli quruluşa malik birgə polimerlər əmələ gəlir. Sonuncu halda prosesin moomerlər arasında elekrton yük köçürülməsi hesabına kompleks əmələ gəlməsi ilə getməsi müəyyən edilmişdir. Ilk dəfə müəyyən edilmişdir ki, funksional əvəzli tsiklopropilstirol monomerlərində funksional əvəzləyicilərin induktiv və mezomer effektlərinin birgə təsirinin tsiklopropan həlqəsinin və benzol nüvəsinin iştirakı ilə qoşulmuş əlaqələr sistemindən keçərək vinil qrupuna ötürülməsinin mümkünlüyü göstərilmiş və bunun elmi izahı verilmişdir. Tsiklopropan tərkibli monomerlərin antimikrob, polimerləri isə yüksək fotohəssaslıq optiki şəffaflıq xassələrinə malik onların olması onların tibbdə, mikroelektronikada və optikada istifadə olunmasına imkan verir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011