az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlar Polimer Materialları İnstitutuEkologiya və texnologiya problemləri laboratoriyası

Tel.:

(994 18) 6422373

Faks:

(994 18) 6420400

Email:

valeh_ani@mail.ru, valeh_ceferov@mail.ru, ipoma@science.az

Struktur bölmənin rəhbəri:

Valeh Cabbar oğlu Cəfərov
Kimya elmləri doktoru

İşçilərin ümumi sayı:

11

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanılması məqsədi ilə Kimya və Neft-kimya istehsalatlarında əmələ gələn tullantı və yan məhsulların səmərəli istifadəsi üsullarının elmi əsaslarla işlənməsi, təkrar emal üsulu ilə poliefinlər, təbii minerallar və onların tullantıları əsasında nano kompozitlərin alınması ilə yüksək istismar xassəli polimer kompozisiya materiallarının yaradılması.

Struktur bölmənin əsas elmi nəticələri:

Polietilen istehsalında əmələ gələn yan məhsul – aşağı molekul kütləli polietilen və onun modifikasiyası ilə funksional törəmələri (Cl, N, O və s.) və malein anhidridinin olefinlərlə (C5–C10) və (met)akril turşuları ilə sopolimerləri sintez edilmiş və kompozisiyada appret kimi istifadə olunması müəyyən olunmuşdur. İstifadə olunmuş polietilenin utilləşdirilməsi məqsədilə təkrar emal üsulu ilə geniş çeşiddə yararlı polimer materialların alınması üzrə elmi işləmələr aparılmışdır. Polimer kompozisiya materiallarının yaradılmasında, doldurucuların seçilməsi, onların təbiəti – quruluşu, hissəciklərinin ölçüləri – dispersliyi, mətrisdə miqdarı və s. parametrləri təyin edilmiş və məqsədli məhsulun keyfiyyətinə təsiri tədqiq olunmuşdur. Polimer kompozisiyanın yaradılması zamanı "bimodal" doldurulmuş sistem qarışığında "sinergik" effektin əmələ gəlməsi müəyyən olunmuşdur. Təkrar emal yolu ilə polietilen və onun tullantıları, təbii mineral ehtiyatlar (alunit, seolit, azərit və s.) əsasında yüksək istismar xassəli polimer kompozisiya materialları alınmış və laboratoriya şəraitində sınaqdan keçirilmişdir. Propilen oksidi istehsalında əmələ gələn xlortərkibli yan məhsullar əsasında epoksid qətranı üçün bərkidicilərin alınması texnologiyası, bərk parafinlərin həlledicisiz xlorlaşdırılması texnologiyası işlənilmişdir. Alınmış polimer materialların tətbiq imkanları araşdırılaraq, onlardan, müxtəlif məmulatlar  hazırlanmış, məişətdə və sənayedə texniki məqsədlər üçün istifadəsi tövsiyyə olunmuşdur.