| Tel.: | (994 18) 6445013 |
|
| Faks: | (994 18) 6420400 |
|
| Email: | ||
| Struktur bölmənin rəhbəri: |
Nadir Əlihüseyn oğlu Ələkbərov |
|
| İşçilərin ümumi sayı: | 8 |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: | İndividual polimerlərin ekstruziya şəraitində polimer təbiətli modifikatorlarla fiziki-kimyəvi modifikasiyası, quruluş və xassələrində baş verən dəyişikliklərin tədqiqi və onların əsasında polimer materiallarının işlənib hazırlanması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: | Polimerlərin əsas zəncirdə polikonyuqə sistemli polimer modifikatorlarla fiziki-kimyəvi modifikasiyası tədqiq olunub. Ekstruzion modifikasiya şəraitində komponentlər arasında qismən kimyəvi əlaqələrin yaranması (calaq) müşahidə olunur. Alınmış qraft-sopolimer sistemdə kompatbilizator rolu oynayır. Polikonyuqə sistemli modifikatorun polidispers şəkildə dielektrik polimer matrisada paylanması nəticəsində polimerə inyeksiya olunmuş mənfi elektrik yükü daşıyıcıların stabilləşmə mərkəzlərinin formalaşması effekti müşahidə olunur. Nəticədə polimerdə uzun yaşama müddətinə malik bipolyar vəziyyət əmələ gəlir. Müşahidə olunan effekt ümumiyyətlə polikonyuqə sistemli modifikatorlara aid səciyyəvi çəhətdir. Polimerlərə az miqdarda polimer təbiətli əlavələr yeritdikdə onun fiziki-kimyəvi xassələri kəskin şəkildə dəyişir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011