 |
Son beş ildə
təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Muzey son beş
ildə aşağıdakı kitabları nəşr etdirmişdir:
-
"Hüseyn Cavid: həyat və sənət yolu" biblioqrafik göstərici. Bakı, Elm,
2006.
Kitabda Hüseyn Cavidin həyat və yaradıcılığının ən önəmli tarixləri,
sənətkarın əsərlərinin nəşri və haqqında yazılmış materialların siyahısı
toplanmışdır.
-
Hüseyn Cavid, əsərləri 5 cilddə. Bakı, Elm, 2007.
Hüseyn Cavidin külliyyatının mərhum Turan Cavid tərəfindən hazırlanmış
beşcildliyi bir daha nəzərdən keçirilərək gözdən qaçan yanlışlıqların
təshihi ilə nəfis tərtibatda nəşr edilmişdir.
- Çoxcildli "Cavidşünaslıq" araşdırmalar toplusu. Nəşri davam edən bir
topludur. Artıq 5 cildi çap olunmuşdur.
Topluya 1912-ci ildən başlayaraq bugünə kimi Hüseyn Cavid haqqında
yazılmış bütün elmi, publisistik və bədii əsərlər bir yerə toplanaraq çap
olunması nəzərdə tutulur. Çoxcildli "Cavidşünaslıq" məqalələr toplusu Cavid
irsinin öyrənilməsi, təbliği və sonrakı araşdırmaları üçün böyük əhəmiyyət
daşıyır.
- "Hüseyn Cavid irsi və müasir dövr" Beynəlxalq elmi konfransın
materialları. 26.11.2007.
H.Cavidin 125 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfransının
materiallarını əhatə edən topluya Azərbaycan, Türkiyə və İran alimlərinin
Cavid irsi haqqında araşdırmaları daxil edilmişdir.
-
"Məhəbbətdir ən böyük din", Bakı, 2007.
Hüseyn
Cavid yaradıcılığından seçmə şeirlər ilk dəfə olaraq fransız dilinə tərcümə
edilmiş və "Məhəbbətdir ən böyük din" adı altında iki dildə çapdan
çıxmışdır.
-
"Cavid hikməti"
seçmə aforizmlər. Bakı, Elm, 2008.
Hüseyn Cavidin külliyyatının son beşcildlik nəşri əsasında tərtib edilmiş
aforizmlər böyük mütəfəkkir şairin insanlıq, haqq, ədalət, vətən, millət,
qadın, məhəbbət və ən müxtəlif insan münasibətləri haqqında müdrik sözlərini
və kəlamlarını əhatə edir.
- Gülbəniz Babaxanlı. Poetik sözün arsenalı. Bakı, Elm, 2008.
Kitabda Azərbaycan ədəbiyyatının ən keşməkeşli dövrlərindən olan keçən
yüzilliyin 20-50-ci illərində yaranmış epik poemaların, eyni zamanda Hüseyn
Cavidin "Azər" poemasının qaynaqları araşdırılır.
-
Ərtoğrol Cavid – 90, multimedia
diskləri. Bakı, 2009.
Bəstəkar, tədqiqatçı, şair, rəssam Ərtoğrol
Cavidin 90 illik yubileyi münasibətilə muzeyin arxivində yerləşən musiqi
əsərləri bir yerə toplanaraq multimedia diskləri (CD və DVD) hazırlanmışdır.
Disklərə bəstəkarın yeddi musiqi əsəri ("Səninlə olaydım", "Sevgili yar
gəlmiş idi", "Eşq olsun", "Skripka ilə fortepiano üşün "Poema", fortepiano
üçün "9 variasiya" (Üzeyir Hacıbəyova həsr olunub), "Quşlar", "Leylanın
vəsfi") daxil edilmişdir.
-
"Hüseyn Cavidin Ev Muzeyi". Bakı
2009.
Kitabda Hüseyn Cavidin Ev Muzeyinin yaranma
tarixindən, Ümummilli Liderimiz Heydər Əliyevin H.Cavid irsinin qorunması və
təbliği sahəsindəki əvəzolunmaz xidmətlərindən, muzeyin açılış mərasimində
Turan Cavidlə Heydər Əliyevin görüşündən, muzeyin son illərdəki
fəaliyyətindən, eksponatların tarixindən bəhs edən məlumatlar öz əksini
tapmışdır.
- Hüseyn Cavid
və Abdulla Şaiq "Ədəbiyyat dərsləri". Bakı, Çaşıoğlu, 2010.
1919-cu ildə nəşr edilmiş kitabın yenidən transliterasiya olunan
variantı.
-
H.Cavid "Topal Teymur". Bakı, Elm,
2010.
Kitab "Topal Teymur" dramının yazılmasının
85 illiyi münasibəti ilə çap olunub.
-
"Cavid hikməti" seçmə aforizmlər.
Bakı, 2010.
Miniatür kitab.
-
Gülbəniz Babaxanlı. Azərbaycan ədəbi
fikri və Hüseyn Cavid. Bakı, 2010.
Filologiya üzrə fəlsəfə doktoru, H.Cavid Ev
Muzeyinin direktoru Gülbəniz Babaxanlının bu monoqrafiyası dahi şairimiz
H.Cavidin yaradıcılığına həsr olunmuş məqalə və monoqrafiyaları elmi təhlil
obyektinə çevirir, keçən əsrin iyirminci illərindən başlayaraq çağımıza
qədər bir dövrü əhatə edən bu böyük zaman müddətində H.Cavidə, onun
şəxsiyyətinə, yaradıcılığına münasibəti aydınlaşdırır. Belə bir fikir təsdiq
olunur ki, Cavidşünaslıq artıq ədəbiyyatşünaslıq elmimizin mühüm qollarından
birinə çevrilmişdir. |