| Ünvan: | AZ1001, Azərbaycan Respublikası, Bakı şəhəri, Nigar Rəfibəyli küç.,9 | |
| Tel.: | (994 12) 4923437 | |
| Faks: | (994 12) 4921455 | |
| E-mail: | seys@azeurotel.com | |
| Direktor: |
Qurban Calal oğlu
Yetirmişli Geologiya-mineralogiya elmləri doktoru Tel.: (994 12) 4924926 Faks: (994 12) 4977491 E-mail: seys@azeurotel.com |
|
| Direktor müavinləri: | Abuzər
Rüstəm oğlu Əliyev Azay Qürbət oğlu Rzayev |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Respublikanın seysmikliyinin, seysmiktektonikasının aspektləri, geomaqnit, qravitasiya sahələrinin variasiyalarında, elektromaqnit şüalanmalarının intensivliyində və hidro-, qaz-, radiogeokimyəvi sahələrin parametrlərində seysmoanomal effektləri müəyyənləşdirməklə zəlzələlərin proqnozu. |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | Yerli, yaxın və uzaq zəlzələləri qeydə almaq üçün geniş seysmik stansiyalar şəbəkəsi yaradılmışdır. Azərbaycan ərazisində seysmik rejim və zəlzələ episentrlərinin miqrasiyasının xüsusiyyətləri öyrənilmişdir. Zəlzələ episentrlərinin qırılma dislokasiyaları ilə əlaqəsi müəyyənləşdirilmişdir.Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilmişdir. Azərbaycan ərazisinin dərinlik quruluşu və seysmikliyinin neft-qazlılıqla əlaqələri haqqında yeni məlumatlar alınmışdır. Respublika şəhərlərinin və sənaye obyektlərinin seysmik riskinin qiymətləndirilməsi. Geomaqnit, elektromaqnit, qravitasiya sahələrində, həmçinin hidro-,qaz-, və radiogeokimyəvi parametrlərində güclü zəlzələlərdən əvvəl təzahürlərinin qanunauyğunluqları aşkar edilmişdir. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | 1980-ci ildə "Geofizika" Elmi Mərkəzinin nəzdində Təcrübəvi Metodik Geofizika Ekspedisiyası yaranıb. 1998-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yaranıb. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 302 | |
| Təşkilatın struktur bölmələri: | Seysmoloji ekspedisiya |
