az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Laboratoriya müdiri: Abuzər Rüstəm oğlu Əliyev
İşçilərin ümumi sayı: 141
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Stasionar stansiyalarda zəlzələlərin fasiləsiz qeyd edilməsi, seysmik cihazların stansiyalarda quraşdırılması və tənzimlənməsi, zəlzələ ocağı bölgələrində episentral müşahidələrin və makroseysmik tədqiqatların aparılması, stansiyalarda qeyd edilmiş zələzələlərin ilkin materiallarının kompleks təfsiri, təhlili və analizi.

Laboratoriyanın əsas elmi nəticələri:

Hər rüblük və illik zəlzələ kataloqlarının tərtibi və müvafiq zəlzələ episentrləri xəritələrinin qurulması, hiss olunan, güclü və dağıdıcı zəlzələlər üçün yaşayış məntəqələrinə görə seysmik ballıq cədvəlinin tərtibi və müvafiq izoseystlər xəritələrin qurulması, region üçün seysmik fəallığın hesablanması, xəritəsinin və təkrarlanma dövrünün cizgisinin qurulması.

Telefon: (994 12) 4972475
Faks: (994 12) 4921455
Elektron poçtu: seys@azeurotel.com