| Ünvan: | AZ5500, Azərbaycan Respublikası, Şəki şəhəri, L.Abdullayev küç., 24 | |
| Tel.: | (994 177) 61712; (994 177) 60411 | |
| E-mail: | shrem@mail.ru | |
| Direktor: | Zəkəriyyə
Mabud oğlu Əlizadə Geologiya-mineralogiya elmləri doktoru, professor Tel.: (994 177) 61712 |
|
| Direktor müavinləri: |
Zərbalı Murad oğlu Xəlilov Adil Fətullah oğlu Həbibullayev |
|
| Elmi katib: |
İradə Rövşən qızı Məmmədova |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
1. Yerli bitki və heyvanat aləminin öyrənilməsi: təbiət abidələrinin bərpası; 2. Torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması; meşə bitkilərinin inkişaf etdirilməsi; sel axınları ilə mübarizə; 3. Zonanın becərilən və perspektivli bitkiləri üzrə genetika və seleksiya işləri üzrə stasionar tədqiqatların aparılması; 4. Biogeokimyəvi əyalətin tədqiqi; 5. Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin aşkar edilməsi ilə bağlı axtarış işlərinin aparılması, eləcə də sənayedə istifadə edilməsi və işlənməsi imkanlrı üçün yerli xammal ehtiyatlarının öyrənilməsi; 6. Tut ipəkqurdu baramasının kompleks fiziki metodlarla tədqiqi; heyvandarlıq və quşçuluqda şüalanmanın stimullaşdırılması; 7. Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi.
|
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: | İpək çıxımı 8-10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir. Bölgə folklorunun toplanması, tədqiqi aparılmış, folklor muzeyi yaradılmışdır. Bölgənin Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları buraxılmışdır. 2 namizədlik dissertasiyası müdafiə edilmişdir. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: | 1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərir. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 75 | |
| Təşkilatın struktur bölmələri: | Geokimya
laboratoriyası
Sellərin öyrənilməsi laboratoriyası Folklorşünaslıq və el sənətləri laboratoriyası
|
|
| Elmlər doktorları: |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011