| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Laboratoriya müdiri:

İradə Rövşən qızı Məmmədova
Memarlıq namizədi

 
İşçilərin ümumi sayı: 3
Laboratoriyanın əsas fəaliyyət istiqamətləri:

Şəki-Balakən bölgəsinin ål sənətləri nümunələrinin tîplanması, tədqiqi, nəşr üşün hazırlanması. Şəki şəhərinin ÕVIII- ÕÕ əsr yaşayış evlərinin tədqiqi, evlərdə ölçü işlərinin aparılması, interyerlərin xüsusiyyətlərinin üzə çıxarılması.
 

Laboratoriyanın əsas elmi nəticələri:

İşin məqsədi-Şəki şəhərində xalq memarlığının tarixən formalaşması və inkişaf prosesini tədqiq etmək bu əsas üzərində yerli memarlıq ənənələrinə xas olan spesifik xüsusiyyətləri, qanunauyğunluqları aşkarlamaq və ümumiyyətlə Azərbaycanda yaşayış evləri memarlığının tədqiqatı sahəsində mövcud olan boşluqları aydınlaşdırmaqdan, üzə çıxarmaqdan  ibarətdir Aparılan araşdırmalar nəticəsində daha çox təmirə ehtiyacı olan, memarlıq baxımından  bir-birindən fərqlənən  yeddi müxtəlif yaşayış evinin ünvanı müəyyənləşdirilmişdir. Bu binalar barədə qeyd olunan məlumatlar 2010-cu ilin iyul ayında Şəkidə olan YUNESKO-nun nümayəndələrinə çatdırılmışdır.Əsrlər ərzində toplanmış memarlıq irsi üslub və əqidəsiylə öz obyektiv dəyərini təcəssüm etdirərək inşaat işində mövcud olan fikirlərə müsbət mənada təsir edir və bu sahədə yeni düşüncələrə, onların həyata keçirilməsinə rəvac verir.  Memarlıq nəzəriyyəsi və tarixi, tarixi abidələrin bərpa işlərinin aparılması üçün elmi tövsiyələrin hazırlanması. Müasir evlərin interyerlərini milli koloritə uyğun qurulması üçün təkliflərin verilməsi.

 

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az