|
|
| Laboratoriya müdiri: |
Seyidzadə İlqar Baxşəli oğlu |
|
| İşçilərin ümumi sayı: | 13 | |
| Laboratoriyanın əsas fəaliyyət istiqamətləri: |
Şəki-Zaqatala bölgəsinin müxtəlif
yerlərindən ta\oplanmış meyvə və giləmeyvə soptlarının yetişdirilməsi,
yabanı bitki genofondunun toplanması və səmərəli istifadəsi. |
|
| Laboratoriyanın əsas elmi nəticələri: |
Şəki–Balakən bölgəsində yayılmış qiymətli ata-baba sortlarından olan meyvə və giləmeyvə, habelə dərman bitkilərinin kompleks öyrənilməsi, saxlanması və səmərəli istifadəsi işimizin əsasını təşkil edir. ETİ-ni aparmaq üçün Şəki və Balakən rayonlarının müxtəlif yerlərindən toplanmış ata-baba sortlarından 10 ədəd qönçə armudu, 10 ədəd iryal armudu, 20 ədəd Şərq xurması, 25 ədəd sinab alma qələm vasitəsilə calaq olunmuşdur.Şəki rayonunun Oxud kəndindən, Şəki şəhərindən və ŞREM-in genofond bağından götürülmüş zoğal nümunələrinin hərəsindən 10 ədəd göz calağı vurulmuşdur. Çox böyük müalicəvi əhəmiyyətə malik olan rozmarin bitkisindən 200 ədəd ting vasitəsilə cücərdilmişdir. Seçilmiş nümunələrin artırılaraq Şəki – Balakən bölgəsində kütləvi yayılmasına imkan verir. |
| | Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
| | AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri | |