az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Biləsuvar r-u
Təvəllüdü: 22.11.1951
Təhsili: Azərbaycan Dövlət Universiteti, fizika
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.09 - Radiasiya kimyası, 02.00.04 - Yanacağın və qazın kimyəvi texnologiyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 214, 5 kitab,  22 Beynəlxalq Layihə
Xaricdə çıxmış elmi əsərlərin sayı: 179
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 14 müəlliflik şəhadətnaməsi, 3 patent
Əsas elmi nailiyyətləri:

1) Neftin çıxarılması, hazırlanması, nəqli və emalı proseslərində atmosferə atılan zərərli tullantıların xüsusi miqdarı (hər 1 ton xammala hesablanmış) təyin edilmişdir.

2) Metan emissiyalarının atmosferin yuxarı qatlarında fotostimullaşdırılmış fiziki-kimyəvi proseslərə və ozonun stasionar konsentrasiyasına təsiri öyrənilmişdir.

3) Üzvi yanacaqların radiasiya-termiki çevrilmələrinin ümumi kinetik modeli əsasında maksimal radiasiya effektini təmin edən doza gücü və temperaturu arasında asılılığın yarımemprik formulu alınmışdır.

4) Su mühitində karbohidrogenlərin radiasiya-kimyəvi parçalanması prosesinin zəncirvari rejimdə getməsini təmin edən optimal şərait müəyyən edilmiş, prosesin kinetik modeli yaradılmışdır.

5) Üzvi yanacaqların radiasiya-termiki kükürdsüzləşdirilməsi prosesinin optimal şəraiti müəyyənləşdirilmiş və kinetik modeli təklif olunmuşdur.

6) Ətraf mühitdə neftin deqradasiyasının qanunauyğunluqları müəyyənləşdirilmiş və bu prosesdə radiasiyanın rolu qiymətləndirilmişdir.

 

 

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 10
elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. The principles of Radiation-chemical Technology of refining the petroleum residues. J.Radiation Physics and chemistry, 1995, v. 46, №4-6, pp. 1313-1316

  2. Consecutive thermomagnetic beneficiation of Turkish lignites, Fuel 80, 2001, pp.641-644

  3. Radiation-thermal desulphurization of brown coal. J.Radionalytical and Nuclear chem. v. 22, №1, (1999), pp. 177-180

  4. Radiation-thermal transformation of Pentodecan. "Chemistry of high energy", 1999, v.33, №5, p. 354-359.

  5. Environmental Security and Environmental Management: The Role of Risk Assessment, 281-286. 2006 Springer. Printed in the Netherlands.

  6. Gas formation regularities at the consecutive and simultaneous impact of ionizing radiations and heat on Turkish lignites. Fuel, 2011, volume 90, issue 8, p. 2555-2559.

  7. Радиационно-химическая очистка сточных вод от нефтяных загрязнений. Естественные и технические науки, №4, 2011. Москва, Россия. с. 96-100.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. Nyu-York Akademiyasının üzvü -1995
  2. Dayanıqlı İnkişaf Beynəlxalq Akademiyasının üzvü - 2000
Təltif və mükafatlar:
  1. “Tərəqqi”  medalı
  2. MEA Rəyasət heyyətinin fəxri fərmanları (2002, 2005)

 

Pedaqoji fəaliyyəti: Lənkəran Dövlət Universiteti, Ekologiya kafedrası, professor
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Fövgəladə hallar kafedrası, professor (2010-indiyədək)
 
İş yeri və ünvanı: AMEA Radiasiya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
Vəzifəsi: Laboratoriya rəhbəri
Xidməti tel.: (994 12) 5394113
Ev tel.: (994 12) 4249453
Mobil tel.: (994 50) 3207816
Faks: (994 12) 4769801
Elektron poçtu: imustafayev@mail.ru