|
|
| Ünvan: | AZ1143, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9 | |
| Tel.: | (994 12) 5393391, (994 12) 4417471, (994 12) 5383224; (994 12) 5393389 | |
| Faks: | (994 12) 5398318 | |
| Email: | nukl@box.az | |
|
|
Direktor: |
Adil
Abdulxalıq oğlu Qəribov AMEA-nın müxbir üzvü, Əməktar elm xadimi, professor, kimya elmləri doktoru (994 12) 5393391, (994 12) 4417471, (994 12) 5383224; (994 12) 5393389 Faks: (994 12) 5398318 Email: nukl@box.az |
|
|
Direktor müavini: | Rəvan Nadir qızı
Mehtiyeva Elmi işlər üzrə direktor müavini Fizika-riyaziyyat elmləri namizədi, dosent Tel.: (994 12) 5383224 (109); (994 12) 5100592 Faks: (994 12) 5398318, Email: ravan.m.n.@rambler.ru |
|
|
Elmi katib: |
Musa Abduləli oölu Nuriyev |
|
|
Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi; Radiasiya materialşümaslığı və Radiasiya fizikası; Nüvə və Radiasiya Təhlükəsizliyi (Ekologiya, Radioekologiya, Radiobiologiya); Enerji çevrilmələrinin fiziki-kimyəvi problemləri; Bərpaolunan enerji növlərinin çevrilməsi; alternativ energetika. |
|
|
Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
- Nüvə enerjisinin şevrilmə prosesləri və ekoloji problemlərin həlli istiqamətində istifadəsi problemi üzrə:
- Bərk cisimlərdə radiasiya stimullaşdırıcı proseslər problemi üzrə:
- Respublika ərazisində radioekoloji durumun tədqiqi, radiasiya amillərinin bioloji sistemlərə təsir mexanizminin öyrənilməsi, canlı orqanizmlərin şüalanmanın təsirindən qorunmasının və radiasiya təhlükəsizliyi problemlərinin elmi əsaslarının işləməsi üzrə:
Elmi problemlər
Birgə elmi-texniki proyektlər üçün: 1. Nüvə reaktor materiallarının radiasiyaya davamlılığının artırılması 2. Yeni tip ionlaşdırıcı şüa detektorlarının yaradılması 3. Günəş enerji çevricilərinin radiasiyaya davamlılığının artırılması 4. Polimer və kompozit materialların xassələrinin radiasiya modifikasiyası
Bərk cisimlərdə (oksid dielektriklər və yarımkeçiricilər – AIIIBVI) ionlaşdırıcı şüaların təsiri altında gedən proseslər nəzəri olaraq modelləşdirilib, ionlaşma enerjisi, eksitonların əmələ gəlmə qanunauyğunluqları, bu proseslərin kinetik parametrləri, defektlərin energetik çıxımları, səplmənin en kəsiyi, radiasiya defektlərinin konsentrasiyası və s. hesablanmışdir. Bərk cicimlərdə yükdaşıyıclıların miqrasiya, rekombinasiya və tutulma prosesləri nəzəri olaraq modelləşdirilib. Müxtəlif növ defektlərin bərk cisimlərin xassələrində yaratdığı dəyişikliklər nəzəri olaraq hesablanıb, təcrübi nəticələrlə müqayisə edilib. Yeni tip ionlaşdırıcı şüa detektorlarının iş rejiminin optimallaşdırılması məqsədilə onların fiziki parametlərinin seçilməsi modelləşdirilmişdir.
Təbii reaktiv parçalanma məhsullarının identifikasiyası, onların təyinatı istiqamətində tədqiqatlar aparılır. RPİ Respublikada nüvə və radiasiya təhlükəsizliyi istiqamətində elmi və elmi-texniki işləri icra edən yeganə müəssisədir.
Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində aşağıdakı istiqamətlərdə işlər aparılır. A) Nüvə çevrilmərləri zamanı ayrılan ionlaşdırıcı şüa və istilik enerjisindən istifadə etməklə universal enerji daşıyıcı olan hidrogen alınması, toplanması və istifadəsi B) Müxtəlif növ maddələrin xassələrinin idarə edilməsi və praktik əhəmiyyətli materialların alınması C) Nüvə enerjisinin müxtəlif növ kimyəvi proseslər vasitəsilə kimyəvi enerjiyə çevrilməsi D) Qida və dərman bitkilərinin, tibbi avadanlıqların sterilizasiyası
Plazmanın təsiri altında oksid tipli bərk maddələrdə defektlərin əmələgəlmə qanunauyğunluqları aşkar olunub. Plazma enerjisinin oksid tipli maddələrdə udulub, yükdaşıyıcıların, həyəcanlanmış halların enerjisinə çevrilib, səthi səviyyəyə ötürülmə qanunauyğunluqları aşkar olunub. Plazma-katalitik proseslərin elmi əsasları müəyyənləşdirilib və universal enerji daşıyıcı olan hidrogenin plazma-katalitik alinma üsulları işlənilib.
1. Abşeron yarımadasında radionuklidlərlə çirklənmiş neft istehsalı sahələrində, istehsal müəssisələri və ərazilərdə radiasiya təhlükəsizliyi üzrə monitorinq, radioekoloji vəziyyətin təqdidi. 2. Təbii radionuklidlərin çirklənmiş zonalarda miqrasiya və deqrodasiya proseslərinin təqdiqi. II. Atom-hidrogen energetikası Karbohidrogenlərlə çirklənmiş su hövzələrində radiokimyəvi üsulla hidrogen alınması metodlarının işlənməsi III.Radiasiya materialşünasliği Laylı kristallarda Şotti baryeri əsasında ultrabənövşəyi fotodetektorlar.
İnstitutda 4,5Mev enerjiyə malik elektron sürətləndiricisi qurulub istifadə olunur. Elektron sürətləndiricisi radiasiya fizikası, radiasiya kimyası, maddələrin modifikasiyası sahəsində elmi araşdırmaların aparılmasında istifadə olunur. İnstitut əsas elmi istiqamətləri üzrə Respublikada yeganə elmi müəssisə olub, geniş beynəlxalq elmi-texniki əməkdaşlıq şəbəkəsinə malikdir. AEBA, NATO, BMT, Avropa Şurası, ABŞ, Türkiyə, Rusiya və digər olkə və Beynəlxalq qurumlarla birgə proyekt, qrant və kontraktlar üzrə elmi araşdırmalar aparır. İnstitut göstərilən sahələrdə elmi, elmi- texniki işlər aparmaq üçün yüksəkhazırlıqlı kadr və zəruri səviyyədə avadanlıq potensiallarına malikdir. |
|
|
Təşkilatın tarixi haqqında qısa məlumat: |
Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin, müxtəlif ionlaşdırıcı şüaların maddələrə, ətraf mühitə, canlılara təsirinin, enerji şevrilmələrinin fiziki-kimyəvi problemlərinin, radioekologiya və radiasiya təhlükəsizliyi istiqamətlərinin elmi və elmi-texniki əsaslarının işlənməsi məqsədi ilə SSRİ Nazirlər Soveti yanında Dövlət Elm və Texnika Komitəsinin 21 may 1969-cu il tarixli 27 saylı qərarı ilə Azərbaycan Elmlər Akademiyasının Radiasiya tədqiqatları Sektorunun əsası qoyuylmuşdur. Azərbaycan Respublikası suverenlik əldə etdikdən sonar Respublikamızda radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsələrlə istifadəsi problemləri daha da aktual xarakter kəsb edib. Odur ki, Azərbyacan Respublikasının Nazirlər Kabinetinin 81 saylı, 21 may 2002-ci il tarixli və Azərbaycan Milli Elmlər Akademiyasının 13/1 saylı, 3 iyun 2002-ci il qərarlarına əsasən, AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradılmışdır. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərnbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-kimyəvi problemləri, qeyri-ənənəvi çevrilmələri prosdesləri, bərk cismlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmi və texniki təqdiqat işlərini aparan, bu sahələrdə ölkə daxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir. |
| Təşkilatın işçilərinin ümumi sayı: | 156 |
|
| Təşkilatın struktur bölmələri: | Ətraf mühitə zərərli faktorların fizika və kimyası laboratoriyası Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyası Polimer və elektroaktiv materialların radiasiya fizikası laboratoriyası Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyası Bərpa olunan enerji növlərinin çevrilmələri laboratoriyası Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyası Radiasiya cihazqayırma şöbəsi Cihazların radiasiya fizikası laboratoriyası Enerjitutumlu radiasiya prosesləri laboratoriyası Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyası Ətraf mühitin radiasiya kimyası laboratoriyası Heterogen proseslərin radiasiya kimyası laboratoriyası Nüvə reaktorlarının fizikası qrupu Radionuklid tərkibli materiallar fiziki qrupu Radioizotop - yaş təyin etmə qrupu Radioprotektorlar laboratoriyası Patentləşmə qrupu Respublika nüvə və radiasiya təhlükəsizliyi üzrə ekspertiza şöbəsi Beynəlxalq Nüvə İnformasiya Sisteminin Azərbaycan Milli Mərkəzi İzotop mənşəli şüa mənbələri elmi-təcrübi kompleksi Elektron sürətləndirici elmi-təcrübi kompleksi
Şüalanmış materialların molekulyar spektroskopiyası laboratoriyası Polimer radiasiya fizikası laboratoriyası
Termoelektrik çeviricilərin radiasiya fizikası laboratoriyası Yüksək enerjili proseslər laboratoriyası
Beynəlxalq layihələr və informasiya şöbəsi
|
|
| | Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
| | AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri | |