az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarRadiasiya Problemləri İnstitutuŞüalanmış materialların molekulyar spektroskopiyası laboratoriyası

Tel.:

(994 12) 5383224; (994 12) 5393389

Faks:

(994 12) 5398318

Struktur bölmənin rəhbəri:

Nüşabə Nübarək qızı Hacıyeva

Fizika-riyaziyyat elmləri namizədi

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

İzo və heterovalentli aşqarlanmış berilium oksidinin (BeO) alınması. Bu materialların optik (spektral), lüminisent və elektrofiziki xassələrinin tədqiqi; γ-şüalarının bu xassələrə təsirinin öyrənilməsi, onlar əsasında lüminisent γ- dozimetrlərinin hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

γ - alüminium oksidində radiasiya defektlərinin təbiəti və kinetik toplanma qanunauyğunluqları öyrənilmiş, elektron konfiqurasiyaları ilə fərqlənən deşik mərkəzlərin quruluşunun çoxkomponentliliyi aşkar edilmiş və onların heterogen-katalitik proseslərdə əsas rolu göstərilmişdir.

Yüksək dispersli oksidlərdə (BeO, B2O3, ZrO2) γ -radiasiyanın və elektrik boşalmasının (EB) təsirilə baş verən elektron proseslərin mexanizmində və sonuncunun deşilmə xarakteristikalarında ölçü faktorlarının rolu müəyənləşdirilmişdir.