az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarRadiasiya Problemləri İnstitutuPolimerlərin radiasiya kimyası və texnologiyası qrupu

Tel.:

(994 12) 5383224; (994 12) 5393389

Faks:

(994 12) 5398318

Struktur bölmənin rəhbəri:

Şiraz Məcnun oğlu Məmmədli

Texnika elmləri doktoru

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Reologiyaya əsasən polimerlərin tikilməsi və emalı. Radiasiyanın təsiri altında polimerlərin kimyəvi çevriləmələrinin və quruluşunun tədqiqi; Tikilən polimerlərin molekulyar quruluşunun və fiziki-kimyəvi xassələrinin tədqiqi; Elastometrlərin əsasında aqressiv maddələrə davamlı materialların hazırlanması.

Struktur bölmənin əsas elmi nəticələri:

Sənayedə (maşınqayırmada, neft, aviasiya, kabel və s.) istifadə olunan sintetik butadiyen-nitril kauçukunun emalını və texnologiyasını müsbət üsulla aparmaq üçün bir neçə kiçik molekullu üzvi birləşmələr aşkar edilmişdir. Bu birləşmələrin iştirakı ilə radiasiya vulkanlaşma prosesi aparılmış, onların öyrənilməyən xassəsi olan reologiyası öyrənilmişdir. Radiasiya-kimyəvi üsulla polimer zəncirində C-C quruluşu yaratmaqla xlor üzvi, epoksid və maleimid birləşmələrinin iştirakı ilə aparılan vulkanlaşma prosesi nəticəsində yüksək -dozasına davamlı polimer kompozit sistemi aşkarlanmışdır.