az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarRadiasiya Problemləri İnstitutuSeqnetoelektriklərin radiasiya fizikası laboratoriyası

Tel.:

(994 12) 5383224; (994 12) 5393389

Faks:

(994 12) 5398318

Struktur bölmənin rəhbəri:

Rauf Mədət oğlu Sərdarlı

Fizika-riyaziyyat elmləri doktoru

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Laylı A3B3C62 yarımkeçirici birləşmələrin əsasında relaktor seqnetoelektriklərin dielektrik, polyarizasiya, piroelektrik, elektrik xassələrinin tədqiqi və alınması, həm də xarici faktorların (γ-şüa, elektrik sahəsi, temperatur və s.) bu xassələrə təsirinin öyrənilməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

γ-şüalarıla şüalanmış TlInS2 kristalının dielektrik və elektrik xassələrinin kompleks tədqiqi relaksorların dinamikası arasında əlaqə yaratmaq imkanı verir. Çünki relaksor halı elektrik yüklərinin defektlərdə lokallaşması hesabına yüklərin nanooblastlarda qeyri-bircins paylanması zamanı yaranır. Aparılmış tədqiqatlar nəticəsində şüalanmış TlInS2 kristallarının dielektrik və elektrik parametrləri təyin olunmuşdur. Gostərilmişdir ki, elektron alt sistemlərinə təsir etməklə relaksorların dielektrik xassələrini dəyişmək olar. Etimal olunur ki, dayanıqlı relaksor halının mövcud olduğu temperatur oblastında yük daşınması kvant nöqtəsinin elektron səviyyələrindən elektronların TlInS2 kristallının ifrat qəfəsilə bağlı potensial baryerdən tunelləşməsilə əlaqədardır.