az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturİnstitut və təşkilatlarRadiasiya Problemləri İnstitutuEnerjiqənaətedici radiasiya prosesləri laboratoriyası

Tel.:

(994 12) 5383224; (994 12) 5393389

Faks:

(994 12) 5398318

Struktur bölmənin rəhbəri:

İslam İsrafil oğlu Mustafayev

Kimya elmləri doktoru

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Neft sənayesinin ekoloji problemlərinin radiasiya-kimyəvi üsullarla həlli

Struktur bölmənin əsas elmi nəticələri: Neftin çıxarılması, hazırlanması, nəqli və emalı proseslərində atmosferə atılan zərərli tullantıların xüsusi miqdarı (hər 1 ton xammala hesablanmış) təyin edilmişdir.

Metan emissiyalarının atmosferin yuxarı qatlarında fotostimullaşdırılmış fiziki-kimyəvi proseslərə və ozonun stasionar konsentrasiyasına təsiri öyrənilmişdir.

Üzvi yanacaqların radiasiya-termiki çevrilmələrinin ümumi kinetik modeli əsasında maksimal radiasiya effektini təmin edən doza gücü və temperaturu arasında asılılığın yarımemprik formulu alınmışdır.

Su mühitində karbohidrogenlərin radiasiya-kimyəvi parçalanması prosesinin zəncirvari rejimdə getməsini təmin edən optimal şərait müəyyən edilmiş, prosesin kinetik modeli yaradılmışdır.

Üzvi yanacaqların radiasiya-termiki kükürdsüzləşdirilməsi prosesinin optimal şəraiti müəyyənləşdirilmiş və kinetik modeli təklif olunmuşdur.