| Tel.: | (994 12) 5383224; (994 12) 5393389 |
|
| Faks: | (994 12) 5398318 |
|
| Struktur bölmənin rəhbəri: | Kimya elmləri doktoru, professor, Əməkdar elm xadimi |
|
| Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Enerjitutumlu neft-kimya proseslərinin nüvə enerjisi əsasında aparılması, nüvə enerjisinin hidrogen vasitəsilə çevirib istifadəsi, nüvə reaktorlarının təhlükəsizliyi və metalların radiasiyaya davamlılığının artırılması. |
|
| Struktur bölmənin əsas elmi nəticələri: |
Metal, metal oksid sistemlərdə müxtəlif mühitlərlə təmasda geden radiasiya proseslərin kinetika və mexanizmləri tədqiq edilmişdir. İonlaşdırıcı şüaların təsiri altında metallarda baş verən müxtəlif təbiətli proseslərin qanunauyğunluqlarıı müəyyən edilmiş və onların radiasiyaya davamlılığının artırılması yolları aşkar olunmuşdur. Oksid birləşmələrin və təbii süxurların karbohidrogen-su sistemləri ilə təmasında gedən radiasiya-heterogen proseslərin tədqiqi və həmin sistemlərdən enerji daşıyıcısının alınması proseslərinin elmi əsasları işlənib hazırlanmışdır. g -Al2O3 katalizatorun iştirakı ilə H2O+n C6H14 qarışığından molekulyar hidrogen alınmış və T ³ 673K-də gedən prosesin zəncirvari xarakteri müəyyən olunmuşdur. Udulan doza miqdarından asılı olaraq yüngül benzin fraksiyasının və qaz məhsullarının çıxımının dəyişməsi təyin olunmuşdur. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011